Mobil versiya
9 il sonra tapılan meyit - Sevgilisini öldürən şəxsin 11 il bağlı qalmış cinayəti…
Tarix: 2-04-2018, 10:44 | Saat: 15:47:00
Bölmə:Karusel / Hadisə | çapa göndər

9 il sonra tapılan meyit - Sevgilisini öldürən şəxsin 11 il bağlı qalmış cinayəti…


Bu günlərdə əldə etdiyimiz məlumata görə, Şəki rayonunda uzun müddət bağlı qalmış cinayət açılıb. 11 illik cinayətin açılması isə hüquq-mühafizə orqanlarının ciddi əməyi və peşəkarlığı sayəsində mümkün olub.

Belə ki, 2004-cü ilin əvvəllərində 1982-ci il təvəllüdlü Ramil Salamov 1984-cü il təvəllüdlü Xəyalə Mövsumova ilə tanış olaraq yaxın münasibətdə olub.

Sonradan Xəyalə Mövsumova Ramil Salamovdan onunla evlənməyi tələb etsə də, qarşı tərəfdən rədd cavab alıb. Xəyalə Mövsümova Ramil Salamov barəsində polis orqanlarına şikayət etməklə hədələdiyini bildirib və bununla da aralarındakı münasibətlər pisləşir. Nəhayətdə Ramil evlənməkdənsə, Xəyaləni öldürmək yolunu seçib.

Qəti qərara gələndə Ramil Salamov 10 oktyabr 2004-cü ildə Xəyalə Mövsümovanı özü ilə Şəki şəhəri, B.Vahabzadə küçəsində yerləşən yarımçıq tikilinin zirzəmisinə aparıb və orada onu boğaraq öldürüb.


Modern.az-ın məlumatına görə, mərhumun meyiti 9 il sonra, 2013-cü ildə qeyd edilən yerdə tikinti işləri aparılarkən təsadüfən aşkar edilsə də, təqsirli şəxs müəyyən olunmayıb.

Cinayətin açılması yalnız 2015-ci ildə Şəki rayonu hüquq-mühafizə orqanlarının işi sayəsində mümkün olub.

Uzun müddət bağlı qalmış cinayətin açılması Vüqar Orucov adlı müstəntiqin peşəkar, öz işinə məsuliyyətlə və vicdanla yanaşması sayəsində gerçəkləşib.


Sonradan cinayət işi Şəki rayon prokurorluğu tərəfindən Şəki Ağır Cinayətlər Məhkəməsinə göndərilib və həmin məhkəmənin 2015-ci il tarixli hökmü ilə Ramil Salamov Cinayət Məcəlləsinin 120.1-ci maddəsində (qəsdən adam öldürmə) nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 10 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilib.

aia.az



5263 dəfə oxunub.

Digər xəbərlər


Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
Кликните на изображение чтобы обновить код, если он неразборчив

23-09-2019
20-09-2019
«    Сентябрь 2019    »
ПнВтСрЧтПтСбВс
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30