Mobil versiya
Pambıq tədarükü 220 min tonu ötüb
Tarix: 16-12-2017, 13:45 | Saat: 15:47:00
Bölmə:Manşet / Ölkə | çapa göndər

Pambıq tədarükü 220 min tonu ötüb




Dekabrın 16-dək ölkə üzrə qəbul məntəqələrinə 202 min 403 ton pambıq təhvil verilib.

Dövlət Statistika Komitəsindən aia.az-a bildiriblər ki, ötən gün 390 ton pambıq tədarük olunub. Xatırladaq ki, bu il ötən illə müqayisədə 2,7 dəfə çox – 136 min 413,2 hektarda çiyid səpilib. İndiyədək tədarük olunan məhsul isə ötən ilin ümumi göstəricisindən 112 min ton çoxdur.

Aqrar sektorda ənənəvi təsərrüfat sahələrinə, o cümlədən pambıqçılığa diqqətin artırılması, dövlətin hərtərəfli dəstəyi artıq öz bəhrəsini verməkdədir. Yanacaq və motor yağlarına görə subsidiya verilməsi, istehsalçılara mineral gübrələrin, müasir texnika və avadanlıqların güzəştli qiymətlərlə satılması, seleksiya və elmi-tədqiqat işlərinin genişləndirilməsi, toxumçuluğun dövlət tərəfindən dəstəklənməsi sahənin inkişafına stimul yaradır.

Pambıqçılığın inkişafına dair Dövlət Proqramında 2022-ci ilədək xam pambıq istehsalının 500 min tona çatdırılması qarşıya hədəf kimi qoyulub. Bu tədbirlərin davamı olaraq, gələn il pambığın alış qiyməti hər ton üçün 100-110 manat artırılacaq.

aia.az





5358 dəfə oxunub.

Digər xəbərlər


Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
Кликните на изображение чтобы обновить код, если он неразборчив

21-02-2020
20-02-2020
«    Февраль 2020    »
ПнВтСрЧтПтСбВс
 12
3456789
10111213141516
17181920212223
242526272829 
{sape_links}{sape_article}