Mobil versiya
Bakıda 11 yaşlı uşağı evdən qaçıran SƏBƏB - YENİLƏNİB
Tarix: 17-05-2017 | Saat: 15:14
Bölmə:Cəmiyyət / Karusel | çapa göndər

Bakıda 11 yaşlı uşağı evdən qaçıran SƏBƏB - YENİLƏNİB



14:28

11 yaşlı Amilin evdən getməsinin bəzi səbəbləri məlum olub.

AİA.Az xəbər verir ki, Amilin bibisi Sevinc Süleymanova lent.az-a bildirib ki, mayın 12-dən yoxa çıxan Amil küçələrdə gecələyib: "Neçə gündür küçələrdə gəzib. Hətta IV İslam Oyunlarının açılış mərasiminə baxmağa da gedib. Bu gün isə Nardarana, nənəmgilə gəlib".

S.Süleymanova deyir ki, Amil oxumaq istəmədiyi üçün bu addımı atıb: "Deyir ki, mən oxumaq, məktəbə getmək istəmirəm. Məni məcbur edirsiniz deyə, belə etdim".

Amilin bibisi vurğulayıb ki, nənəsinin ölümü Amildə psixi travmalar buraxıb: "Uşaqda heç nəyə maraq qalmayıb, sevgi, istək ölüb, sanki. Qorxuruq ki, indi belə bir addım atıbsa, məktəbdən də uzaqlaşdırıldıqdan sonra pis yollara düşəcək, yanlış adamlara qoşulacaq. Psixoloq yardımı almasına çalışacağıq".

S.Süleymanova deyir ki, Amilin anası Rusiyada evlidir və dəfələrlə uşağa görə çağırsaq da, gəlmək istəməyib: "Deyir, Amil özü istəsə, böyüyəndə gələr yanıma".

---------

12:42

Bakıda itkin düşən 6-cı sinif şagirdi Amil Dadaşov Nardarandan tapılıb.

AİA.Az xəbər verir ki, bu barədə uşağın bibisi Sevinc Süleymanova lent.az-a məlumat verib.

S.Süleymanova deyib ki, Amil atasının nənəsigildədir: " Bu gün gedib Nardarana, nənəmgilə. Xəbər verdilər ki, gəlin, uşaq burdadır. İndi gedirəm ora. Hələ bilmirik, bu neçə gün ərzində haralarda olub".

----------

12:20

Bakı şəhərində itkin düşən 6-cı sinif şagirdi 11 yaşlı Amil Dadaşovla bağlı yeni məlumatlar bəlli olub.

AİA.Az xəbər verir ki, bu məlumatları lent.az-a itkin düşən uşağın bibisi Sevinc Süleymanova verib.

S.Süleymanovanın sözlərinə görə, Respublika Olimpiya İdman Liseyində oxuyan Amil mayın 12-də dərsə getmək adı ilə evdən çıxıb və o gündən ondan xəbər yoxdur.

Həmin gün məktəbə də getməyən Amilin axtarışları üçün Yasamal rayon 29-cu polis bölməsinə müraciət edilib. Axtarışlar hələ bir nəticə vermir.

S.Süleymanova bildirib ki, Amil 3 aylıq olanda anası onu atıb Rusiyaya gedib: "Anası gedəndən sonra qardaşım evləndi, Amili isə anam öz himayəsinə götürdü. 11 yaşına kimi onu anam böyüdüb. Anam rəhmətə gedəndən sonra bu uşaqda problemlər oldu. Çox dələduz, nadinc uşaqdır. Qardaşıma dedim ki, saxlaya bilmirsənsə, uşaq evinə ver. Dərslərini də yaxşı oxumurdu. 5-ci gün də onu məktəbə ögey anası yola salıb. Ögey anası ilə də heç bir problemi olmayıb. O, yaxşı qadındır".

Amilin bibisi onu da qeyd edib ki, uşağın Mərdəkanda meyitinin tapılması ilə bağlı məlumatlar yayılıb: "Deyilənə görə, Mərdəkanda uşaqlarla mübahisəsi düşüb. Oradan meyiti tapılıb. Polislər isə məlumatı təsdiqləmədi. Hələ də gözləyirik".

Əməkdaşımız Respublika Olimpiya İdman Liseyi ilə də əlaqə saxladı. Liseyin dərs hissə müdiri Qədir Mehdiyev lent.az-a bildirib ki, Amillin dərsə davamiyyəti artıq mart ayından zəifləməyə başlayıb:

"Martın 28-dən aprelin 8-ə kimi dərsə gəlmədi. Sinif rəhbəri valideyninə müraciət etdi. Danışıqlar apardıq, amma nəticə çıxaran olmadı. Amil özü də çox nadinc şagirddir. Axırıncı dəfə mayın 8-i dərsə gəlib. Bizim liseydə idman dərslərinə davamiyyət və müvəffəqiyyət əsas götürülür. Amil də idman dərslərindən 2 alır və məşq müəllimi də ondan şikayətçidir. Ona görə, tədris ilinin sonunu gözləyirik ki, Amilin məsələsini Pedaqoji Şurada müzakirəyə çıxaraq və məktəbdən xaric edək. Təlimata əsasən belə bir hüququmuz var".

AİA.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
26-04-2024