Mobil versiya
PKK kürdlərə hücum etdi
Tarix: 04-03-2017 | Saat: 14:50
Bölmə:Cəmiyyət / Karusel | çapa göndər

PKK kürdlərə hücum etdi

Mosulun Sincar rayonunda peşmərgə ile PKK arasında baş verən atışmadan sonra qruplaşmanın Suriya qolu PYD Qamışlı bölgəsində İraqın şimalındakı kürd muxtar hökumətinin rəhbəri Məsud Barzaniyə yaxınlığı ilə bilinən Kürdüstan Demokrat Partiyasının qərargahına silahlı hücum edib.
Adalet.az Türkiyə KİV-lərinə istinadən xəbər verir, ofisi atəşlə istifadəyə yararsız hala gətirən terrorçular Məsud Barzaninin portretini parça-parça ediblər.

Qeyd edək ki, ötən gün Mosulun Sincar rayonunda terrorçu PKK üzvləri ilə kürd silahlıları arasında baş verən atışmada 1 terrorçu öldürülüb, 4-ü isə yaralanıb.

AİA.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
25-04-2024