Mobil versiya
İlhamə Quliyevanın il mərasimi ilə bağlı QALMAQAL
Tarix: 21-02-2017, 18:16 | Saat: 15:47:00
Bölmə:Dünya / Karusel | çapa göndər

İlhamə Quliyevanın il mərasimi ilə bağlı QALMAQAL

Məlum olduğu kimi, mərhum xalq artisti İlhamə Quliyevanın il mərasimi yaxınlaşır.

Modern.az xəbər verir ki, sağlığında sərt açıqlamaları, mübahisələri və söz-söhbətləri ilə gündəmdən düşməyən sənətçinin il mərasimi də qalmaqala səbəb olub.
Belə ki, İ. Quliyevanın oğulluğu Orxan Nadirovla bacısı Gülbahar Quliyeva yas mərasimini fərqli günlərdə keçirəcək.
O. Nadirov “Qafqazinfo”ya açıqlamasında bildirib ki, İlhamə Quliyevanın ili fevralın 24-də, “Heydər” məscidində baş tutacaq.
Ancaq müğənninin bacısı isə Quliyevalar ailəsinin ili onun öldüyü gündə keçirəcəyini söyləyib.

Gülbahar Quliyeva Orxanı şou yaratmaqda ittiham edib:
“Orxan Nadirov şou yaradır. Onun özü bilər, bizdən biri deyil. İlhamə xanımın ailəsi yas mərasimini “Təzə Pir” məscidində verir, ayın 25-də olacaq. O, İlhamənin oğlu deyil, oğulluğudur. Övladlıq məsələsi heç rəsmiləşdirilməyib. Bizim Orxanın nə iş gördüyündən xəbərimiz yoxdur. Orxan bilirdi ki, biz il mərasimini ayın 25-i edirik. Özünü bu ailənin üzvü hesab edirdisə, bizim yanımızda olmalı idi. Ancaq Orxan özünü ayrı bilirsə, biz onu tanımırıq”.

Xatırladaq ki, xalq artisti ötən il tromboemboliyadan dünyasını dəyişib, 2-ci Fəxri Xiyabanda dəfn edilib.

Sənətkar vəfat edəndən sonra onun oğulluğu Orxan Nadirov, bacıları və yaxın qohumları arasında varislik və sərvət qalmaqalı yaranmış, müğənninin hüquqi varisi Gülbahar Quliyeva elan olunmuşdu.


AİA.az



5691 dəfə oxunub.

Bölməyə aid digər xəbərlər


Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
Кликните на изображение чтобы обновить код, если он неразборчив

18-06-2019
14-06-2019
«    Июнь 2019    »
ПнВтСрЧтПтСбВс
 12
3456789
10111213141516
17181920212223
24252627282930