Mobil versiya
Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü Qusarda silsilə tədbirlərlə qeyd olunub -Fotolar
Tarix: 10-05-2024 | Saat: 15:07
Bölmə:Gündəm | çapa göndər

Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü Qusarda silsilə tədbirlərlə qeyd olunub

Səhər saatlarından etibarən Qusarda Heydər Əliyevin abidəsi ziyarət olunaraq önünə gül dəstələri düzülüb.Heydər Əliyev Mərkəzinin önündə keçirilən tədbirdə Rayon İcra Hakimiyyətinin başçısı Şair Alxasov çıxış edərək dahi şəxsiyyət,uzaqgörən liderin millət və dövlətə xidmətə həsr olunmuş ömür yolu haqqında ətraflı məlumat verdi.O, qeyd etdi ki,bu gün Heydər Əliyevin siyasəti Azərbaycan Respublikasının Prezidenti,Müzəffər Ali Baş Komandan İlham Əliyev tərəfindən ölkəmizi daha böyük uğurlara doğru aparır.Rayon rəhbəri çıxışında Prezident İlham Əliyevin Qarabağı və digər ərazilərimizi 44 gündə işğaldan azad etməklə dövlət başçımızın ata vəsiyyətini yerinə yetirərək tarixi qələbəyə imza atdığını bildirdi.Tədbirdə Yeni Azərbaycan Partiyası(YAP ) rayon təşkilatının sədri David İbramxəlilov, rayonun hüquq mühafizə orqanlarının rəhbərləri, idarə, müəssisə və təşkilatların kollektivləri, rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

Tədbir geniş konsert proqramı ilə yekunlaşıb



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
20-05-2024