Mobil versiya
Heydər Əliyev tarixi yaradan şəxsiyyət idi
Tarix: 10-05-2024 | Saat: 15:09
Bölmə:Özəl | çapa göndər

Heydər Əliyev tarixi yaradan şəxsiyyət idi

Tarixin yaddaşında əbədi iz qoymaq hər siyasi xadimin, dövlət başçısının taleyinə yazılan xoşbəxtlik deyil. Bütün həyatını xalqının işıqlı gələcəyinə, Azərbaycanının  çiçəklənməsinə həsr etmiş böyük insan, dahi şəxsiyyət Heydər Əliyevi tarixdə əbədiləşdirən, ilk növbədə, onun Vətəninə, xalqına, milli-mənəvi dəyərlərinə – dilinə, mədəniyyətinə və ədəbiyyatına olan hüdudsuz sevgisidir. Həmçinin onların qorunması və tərəqqisi uğrunda bütün dönəmlərdə apardığı taleyüklü mücadilələr, cəsarətli addımlar, Azərbaycanın bu günü naminə həyata keçirdiyi misilsiz və möhtəşəm layihələrdir. Azərbaycanın müasir tarixinin bütöv bir dövrü Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır.

Azərbaycan xalqının tarixində və taleyüklü məsələlərin həllində müstəsna xidmətləri olan tarixi şəxsiyyətlər, görkəmli siyasət və dövlət adamları çox olmuşdur. Bunlar zaman-zaman gördükləri böyük işləri və əməlləri ilə yadda qalmış və unudulmamışlar. Belə tarixi şəxsiyyətlər içərisində Azərbaycan xalqının Ümummilli lideri adını qazanmış görkəmli dövlət xadimi, dünya miqyaslı siyasətçi Heydər Əliyevin xüsusi rolu vardır.Heydər Əliyev Çağdaş dünyanın siyasi tarixində öz izini qoymuş, adını əbədi olaraq tarixə həkk etmiş böyük şəxsiyyətdir. Zamanın çərçivəsinə sığışmayan bu böyük insanı, sözün çərçivəsinə sığışdırmaq da çox çətindir. Onun haqqında nə qədər deyilsə də çox azdır. Qədim yunan filosofları o kəsləri dahi hesab edirdilər ki, onlar heç kəsin görə bilmədiklərini görə bilirlər. Heydər Əliyev məhz belə dahilərdən idi. Heydər Əliyev Azərbaycanın adını bir dövlət kimi dünya tarixinə böyük hərflərlə və əbədi olaraq yazdı. Heydər Əliyevin qeyri adi istedadı, dərin zəkası, fenomenal qabiliyyəti, unikal dövlətçılık məharəti dünya nəhəngləri arasında onun yerini müəyyənləşdirdi. Heydər Əliyev idarəçiliyi məktəbinin bütün incəliklərini dərindən bilən cənab İlham Əliyevinin Azərbaycan Respublikasının Prezidenti kimi ötən 21 ildə möhtəşəm fəaliyyəti, onun rəhbərliyi ilə Azərbaycan xalqının nail olduğu mühüm qələbələr, sürətli sosial-iqtisadi inkişaf, böyük quruculuq işləri, vətəndaşlarının sosial rifahının ilbəil daha da yaxşılaşması insan hüquq və azadlıqlarının yüksək təminatla qorunması, beynəlxalq standartlara uyğun vətəndaş cəmiyyətinin qurulması, qanunun aliliyini təmin edən hüquqi dövlət quruculuğu prosessinin uğurla həyata keçirilməsi – bütün bunlar Azərbaycan dövlətinin bugünki reallığı olmaqla ümumilli liderin xatirəsinə ən böyük hədiyyədir. Ulu Öndərin 2003-cü ildə xalqa müraciətində səsləndirdiyi "İnanıram ki, mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri, planları, işləri sizin köməyiniz və dəstəyinizlə İlham Əliyev başa çatdıra biləcək. Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm" fikirlərin həm dahi şəxsiyyətin nə qədər uzaqgörən olduğunun, həm də cənab İlham Əliyevin bu ideologiyaya, verdiyi sözə və ən nəhayət, Ata vəsiyyətinin yerinə yetirilməsi vədinə sadiqliyinin bariz təcəssümüdür. Bu gün Azərbaycanda müstəqil dövlətçilik ənənələri formalaşdırılmışdır. Bu mühüm nailiyyətin əldə edilməsində ümummilli lider Heydər Əliyevin fədakar xidmətlərinin müstəsna əhəmiyyəti vardır. Onun tarixi şəxsiyyət kimi yürütdüyü siyasətin başlıca qayəsi Azərbaycanı hər bir vətəndaşının təhlükəsizliyini qoruya biləcək qədər qüdrətli dövlətə çevirmək olmuşdur. Bu gün Azərbaycan Prezidenti İlham Əliyev Ümummilli Liderimizin siyasi kursuna sadiq qalaraq müstəqil ölkəmizi inamla gələcəyə doğru aparır.


Heydər Əliyevə xas olan məqsədyönlülük, müdriklik, cəsarət və uzaqgörənlik vətəndaş qarşıdurması üçün hər hansı ilkin şərtləri ən qısa müddətdə aradan qaldırmağa imkan yaratdı. Ümummilli lider Heydər Əliyev əsas diqqəti dövlətin ərazi bütövlüyünün bərpa edilməsi, millətin özünü tam reallaşdırması üçün şərait yaradılması, müstəqil və uğurlu inkişaf yolunu davam etdirmək uğrunda mübarizəyə yönəldirdi. Burada biz tamamilə haqlı olaraq təkcə Heydər Əliyev siyasi fenomeni barədə deyil, ölkənin taleyini Azərbaycan xalqının əzəli dəyərləri ruhunda tərbiyə edilmiş ideya həmməsləkinə etibar etmiş Ümummilli Liderin vətəndaş Hünəri barədə danışa bilərik. Oğlunun uşaqlıq illərindən onun mənəvi mövqeyinin təməlini formalaşdırmış atanın vətəndaş Hünəri belə bir müdrik kəlamla ifadə edilir: “Mən həmişə fəxr etmişəm, bu gün də fəxr edirəm ki, mən azərbaycanlıyam”. Bu gün Azərbaycan xalqı fəxr edir ki, onun Heydər Əliyev kimi övladı var. Qəlbi həmişə Azərbaycanla döyünən Heydər Əliyevin parlaq xatirəsi daim anılacaq və seviləcəkdir.

Anar Məmmədov,
YAP Gədəbəy rayon təşkilatının məsul əməkdaşı




Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
20-05-2024