Mobil versiya
Ümummilli Liderin anadan olmasının 101-ci ildönümü münasibətilə silsilə tədbirlər keçirilib -Fotolar
Tarix: 10-05-2024 | Saat: 18:07
Bölmə:Cəmiyyət | çapa göndər

Ümummilli Liderin anadan olmasının 101-ci ildönümü münasibətilə silsilə tədbirlər keçirilib

May ayının 10-da xalqımızın Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü münasibətilə Dövlət Sərhəd Xidmətinin aparatında, struktur qurumlarında və hərbi hissələrində silsilə tədbirlər keçirilib.

aia.az xəbər verir ki, Dövlət Sərhəd Xidmətinin rəhbərliyi Fəxri xiyabanda Ulu Öndər Heydər Əliyevin və görkəmli oftalmoloq Zərifə xanım Əliyevanın əziz xatirəsini dərin hörmət və ehtiramla yad edib, məzarları önünə gül dəstələri düzüblər.

Dövlət Sərhəd Xidmətinin Aparatında davam edən tədbirdə əvvəlcə Ulu Öndərin büstü önünə gül çələngi qoyulub, daha sonra “Heydər Əliyev Elmi Araşdırmalar Mərkəz”ində əbədiyaşar liderin nəsillərə örnək həyat və fəaliyyətini əks etdirən foto-ekspozisiyaya baxış keçirilib.

Tədbirin rəsmi hissəsində dövlətimizin memarı və qurucusu Ümummilli Lider Heydər Əliyevin xalqımız qarşısındakı tarixi və misilsiz xidmətləri, dövlətçiliyin qorunub saxlanılması istiqamətində həyata keçirdiyi taleyüklü məsələlər, ölkəmizin hərtərəfli inkişafı ilə bağlı gördüyü işlər barədə məlumat verilib.

Bildirilib ki, bu gün Azərbaycan sərhədçisi Ulu Öndərin müəyyənləşdirdiyi milli sərhəd strategiyasını onun layiqli davamçısı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Müzəffər Ali Baş Komandanlığı altında uğurla yerinə yetirir, ərazi bütövlüyü və suverenliyi bərpa olunmuş Vətənin sərhədlərində qürurla xidmət edir.

Azərbaycanın bütün məsuliyyətini çiyinlərində daşıyaraq örnək bir rəhbər kimi xalqımızı tarixin ağır sınaqlarından alnıaçıq, üzüağ çıxaran, müstəqil dövlətimizin bugünkü həqiqətlərinin, aydın sabahının bünövrəsini yaradan Dahi Öndərimizin əziz xatirəsinin hər zaman yaddaşlarda qalacağı xüsusi vurğulanıb.

Sonda Ulu Öndər Heydər Əliyevin şərəfli həyat yolundan və müdrik siyasi fəaliyyətindən bəhs edən “Əbədiyyətin ilk əsri” sənədli filmi nümayiş etdirilib.
https://dsx.gov.az/news/1730



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
20-05-2024