Mobil versiya
Bakıda 65 yaşlı kişi soyuğa meydan oxuyur
Tarix: 04-02-2017 | Saat: 12:16
Bölmə:Media | çapa göndər

Bakıda 65 yaşlı kişi soyuğa meydan oxuyur







Bu günlərdə Bakı da daxil olmaqla ölkənin hər yerinə yağan qar çoxlarının qayğısını artırıb.

Aia.Az xezerxeber-ə istinadən xəbər verir ki, ancaq paytaxt sakinlərindən biri belələrindən fərqlənib. Keçmiş hərbçi olan 65 yaşlı İsgəndər Mirzəyev paltarlarını çıxararaq özünü qarın üzərinə atıb.

Bu həyəcanlı anları oğlu telefonla çəkərək bölüşüb.

O, paltarını çıxarıb, özünü ayaqyalın qarın üzərinə atıb. Görüntülər paytaxtın Suraxanı rayonu Yeni Günəşli yaşayış massivindəndir.

Keçmiş hərbçi bu hərəkətləri hər qış qar yağanda edir. Əvvəl qarda sürünür... Sonra mayallaq aşır ki, bədəninin digər hissəsinə də qar dəysin. Qarın içində yuvarlanaraq dadını çıxarır. Hətta oturub əlləri ilə başını da qara bulayır. Xırda gimnastik hərəkətlərinə son verir. Bununla özünü daha sağlam və gümrah hiss etdiyini bildirir.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
25-04-2024