2025-ci ildə növbəti hərbi büdcəmiz rekord büdcə olacaq
Tarix: 24-12-2024 | Saat: 20:13
Bölmə:Özəl | çapa göndər
Bu sözləri Azərbaycan Prezidenti İlham Əliyev “Rossiya Seqodnya” Beynəlxalq İnformasiya Agentliyinin Baş direktoru, “Rossiya-1” televiziya kanalında “Vesti nedeli” proqramının müəllifi və aparıcısı Dmitri Kiselyova müsahibəsində deyib. Həmin müsahibədə Prezident İlham Əliyev hazırki dövrün reallıqları fonunda diqqəti tarixi zəfərimizdən sonra regionda dayanıqlı sülhün və təhlükəsizliyin təmin edilməsi, Ermənistanla münasibətlərdə yeni səhifənin açılması üçün təklif edilən sülh müqaviləsinin imzalanması ilə bağlı hazırkı vəziyyətdən, Azərbaycanın müstəqil xarici siyasətindən, Ermənistanın silahlandırılması ilə sülh müqaviləsinin imzalanması prosesinin yanaşı qoyulmasının mümkünsüzlüyündən, Azərbaycan-Rusiya münasibətlərinin Müttəfiqlik Bəyannaməsinin imzalanmasından sonrakı dövrdə inkişafından, Qarabağın və Şərqi Zəngəzurun bərpasından, bu prosesdə Rusiya şirkətlərinin iştirakından və sair kimi mühüm məsələlərdən geniş bəhs edib.
Prezidentimiz müsahibə zamanı qərbin ölkəmizə qarşı qərəzli mövqeyinin göz qabağında olduğunu, qərb siyasi qüvvələrinin ermənilərdən də daha çox erməni olmağı qarşısına məqsəd qoyduqlarını, bölgədə uzunmüddətli sülhə maneçilik törətdiklərini və müharibə təhlükəsi yaratdıqlarını bildirdi. Müsahibəsində xüsusilə Makron hökümətinin qərəzli mövqeyindən bəhs edərkən bildirmişdir ki “Biz eyni narahatlığımızı Fransa hökumətinə və Bayden administrasiyasına da çatdırmışıq. Fransa və Birləşmiş Ştatların rəhbərliyinə Cənubi Qafqaz ölkələrinə balanslı yanaşmasını dəyişərək Ermənistana birtərəfli dəstək yolunu tutduqlarını bildirmişik. Təhdidlərin kifayət qədər ciddi olduğunu göstərən çoxlu misallar var. Makron hökumətinin Ermənistana tədarük etdiyi silahlar hücum silahlarıdır, öldürücüdür və Azərbaycan üçün praktiki təhlükə yaradır. Nəzərə alsaq ki, Ermənistanla sərhədimizin uzunluğu min kilometrdən çoxdur, bir çox yaşayış məntəqələri sərhədə yaxın yerləşib və bu yaşayış məntəqələrinin əksəriyyətinə keçmiş köçkünlər qayıdırlar, təbii ki, biz bu prosesi yalnız kənardan müşahidə edə bilmərik. Əlbəttə ki, Fransa bu məsələdə liderlik edir. İkinci yerdə Hindistan, üçüncü yerdə isə ABŞ-dır. Fransa və Hindistan Ermənistanı öldürücü silahlarla təmin etdiklərini gizlətmirlər, – hətta bir növ, yəqin ki, bizim acığımıza nümayişkaranə cəsarət göstərirlər, – ABŞ isə bunu etiraf etmir. Halbuki, biz Ermənistanın hava limanlarına enən və oraya silah daşıyan hərbi nəqliyyat təyyarələrini izləmişik. Bölgədə ola biləcək müharibə təhlükəsinin qarşısını almaq üçün növbəti 2025-ci ildə hərbi büdcəmizin rekord həddə çatdırılmasına ehtiyac var. Ermənilər və onların havadarları bilməlidir ki, Azərbaycan dövləti artıq 20-ci əsrin 90-cı illərindəki Azərbaycan deyil. Bu gün Şanlı, Qəhrəman və Məğlubedilməz Ordusu olan Azərbaycan dövləti Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında böyük uğurlara imza atır və hər zaman imza atacaqdır.
İlqar Şahverdiyev
YAP Laçın rayon təşkilatının 50 saylı ƏPT -nın fəalı Laçın rayon Minkənd kənd tam orta məktəbin direktoru
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
24-12-2024