Mobil versiya
Uşaq hüquqlarının monitorinqi üzrə meyarlar müəyyən ediləcək
Tarix: 24-12-2024 | Saat: 17:48
Bölmə:Ölkə | çapa göndər

Uşaq hüquqlarının monitorinqi üzrə meyarlar müəyyən ediləcək

Dövlət və qeyri-dövlət uşaq müəssisələrində göstərilən xidmətlərin keyfiyyətinə dair tələblər müəyyənləşdiriləcək.

aia.az xəbər verir ki, bu, Prezident İlham Əliyevin “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” qanunun tətbiqi barədə Fərmanında əksini tapıb.

Fərmana əsasən, Nazirlər Kabineti 2 ay müddətində dövlət və qeyri-dövlət uşaq müəssisələrində göstərilən xidmətlərin keyfiyyətinə dair tələbləri müəyyən edib Azərbaycan Respublikasının Prezidentinə məlumat verməlidir.

Eyni zamanda, uşaq hüquqlarının həyata keçirilməsinin bütün sahələrdə təmin edilməsi vəziyyətinin monitorinqi üzrə meyarlar müəyyən ediləcək.

Nazirlər Kabineti 2 ay müddətində uşaq hüquqlarının həyata keçirilməsinin bütün sahələrdə təmin edilməsi vəziyyətinin monitorinqi üzrə meyarları müəyyən edib Azərbaycan Respublikasının Prezidentinə məlumat verməlidir.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
24-12-2024