Mobil versiya
Bu gün Rusiya və Azərbaycan iki etibarlı tərəfdaşdır
Tarix: 24-12-2024 | Saat: 14:23
Bölmə:Özəl | çapa göndər

Bu gün Rusiya və Azərbaycan iki etibarlı tərəfdaşdır

Azərbaycanın xarici siyasətinin əsas istiqamətlərindən birini də dünya dövlətləri ilə qarşılıqlı dostluq və əməkdaşlıq münasibətlərinin qurulması təşkil edir. Birgə imzalanan bəyənnamələr, müxtəlif əhəmiyyətli sənədlər ölkəmizin dünya səviyyəsində nüfuzunu daha da artıraraq önəmli tərəfdaşlardan birinə çevrilməsinə əsas verir. Azərbaycanın hərtərəfli müttəfiqlik münasibətləri qurduğu dövlətlərdən biri də Rusiya Federasiyasıdır. Bu iki dövlətin tarixinə qısa bir nəzər saldıqda, əməkdaşlıq münasibətlərinin möhkəm köklərə dayandığını görə bilərik."Bu gün Rusiya və Azərbaycan iki etibarlı tərəfdaşdır və düşünürəm ki, buna Azərbaycan və Rusiyada heç bir şübhə yoxdur". Bu fikirləri Azərbaycan Prezidenti İlham Əliyev "Rossiya Seqodnya" Beynəlxalq İnformasiya Agentliyinin baş direktoru Dmitri Kiselyova müsahibəsində deyib. Bildirib ki, ölkələrimiz üçün çətin vaxtlarda biz həmişə həm vəziyyətin dərk olunmasını nümayiş etdirmişik, həm də özümüzü dostcasına aparmışıq. Dövlət başçısı bundan sonra da belə olacağına əminliyini ifadə edib. İqtisadi-ticari əməkdaşlıq üçün fəal şəkildə yeni sahələr tapmağa davam edirik. Azərbaycanın həm Qərbdə, həm də Şərqdə müstəqil siyasət yürüdən bir ölkə kimi qəbul edildiyini qeyd edərək vurğulayıb: "Biz həm Rusiyanın, həm də NATO üzvü Türkiyənin müttəfiqi olan yeganə ölkəyik. Dünyada belə ikinci bir ölkə yoxdur". Əslində, bu, ulu öndər Heydər Əliyev, daha sonra Prezident İlham Əliyevin apardığı balanslı siyasətin yüksək nümunəsidir.Tək regionda deyil, dünyada da nüfuzu gündən-günə artan Azərbaycan təhlükəsizlik və davamlı iqtisadi inkişaf baxımından əhəmiyyətli strateji ölkə statusunu saxlayır. 
Azərbaycan Prezidenti İlham Əliyevin "Rossiya Seqodnya" Beynəlxalq İnformasiya Agentliyinin Baş direktoru Dmitri Kiselyova müsahibəsində ölkə və regional əhəmiyyət kəsb edən məsələlərlə yanaşı, bütövlükdə bir çox mühüm qlobal məsələlər də yer alıb. Müsahibədə diqqətçəkən məqamlardan biri də Ermənistanla Azərbaycan arasında sülh prosesinə mane olan beynəlxalq güclərin, o cümlədən keçmiş Minsk qrupunun həmsədri olmuş Fransa ilə bağlı səsləndirilən fikirlərdir. Prezident bildirib ki, işğal başa çatdıqdan sonra Fransanın Azərbaycana qarşı həmlələri, regionda möhkəmlənmək cəhdləri artdı, bu istiqamətdə hər cür qərəzli, riyakar addımlara əl atdığı göz önündədir. Ermənistanı onun istəyinə əks olaraq revanşizmə sürükləyən Emmanuel Makron hakimiyyəti hər vəchlə bölgəni müharibəyə sürükləyir. Makron hökumətinin Ermənistana tədarük etdiyi silahlar hücum silahlarıdır, öldürücüdür və Azərbaycan üçün praktiki təhlükə yaradır. Prezidentin də dediyi kimi, Fransanın bu hərəkətlərini uzaqdan müşahidə etmək olmaz.
ksər müsahibələrində və çıxışlarında olduğu kimi, bu müsahibəsində Ermənistanın havadarları, xüsusilə də Fransanın regionumuz üçün təhlükə yaradan siyasətindən danışan dövlət başçısı vurğulayıb: "Yəni, Fransa ola bilər ki, nə vaxtsa böyük ölkə, dahi mütəfəkkirlər, böyük alimlər, yazıçılar ölkəsi olub. Amma indi belə deyil. Hazırda Makron rejimi mahiyyət etibarilə Fransanı uğursuz dövlətə çevirir". Ölkə başçısı deyib ki, Ermənistanla sərhədimizin uzunluğu min kilometrdən çox olduğunu, bir çox yaşayış məntəqələrinin sərhədə yaxın yerləşdiyini və bu yaşayış məntəqələrinin əksəriyyətinə keçmiş köçkünlərin qayıtdıqlarını nəzərə aldıqda, təbii ki, biz bu prosesi yalnız kənardan müşahidə edə bilmərik: "Biz dəfələrlə Ermənistana və onun ABŞ Dövlət Departamentindəki himayədarlarına çatdırmışıq ki, buna son qoyulmalıdır. Amma təəssüf ki, bizim səsimiz eşidilmir, Ermənistanın silahlanması prosesi sıçrayışla gedir". Dövlət başçısı Ermənistana növbəti dəfə reallıqları qəbul etməyə, bir daha tələyə düşməməyə çağırış edib. Prezident əlavə edib ki, ermənilər İkinci Qarabağ müharibəsinin və 2023-cü ilin sentyabrında keçirilən antiterror əməliyyatının nəticələrini unutmamalıdırlar.

Ağaverdi Əliverdiyev
YAP Qusar rayon təşkilatının mühasibi



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
24-12-2024