Qalib Azərbaycanın müzəffər sərkərdəsi
Tarix: 24-12-2024 | Saat: 11:59
Bölmə:Siyasət | çapa göndər
Dekabrın 24-də Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin doğum günüdür. Dövlət başçısının 63 yaşı tamam olur.
İlham Əliyev Bakı şəhərində anadan olub. Orta təhsilini 1967-1977-ci illərdə Bakı şəhərində alıb,1977-ci ildə Moskva Dövlət Beynəlxalq Əlaqələr İnstitutuna (MDBƏİ - MQİMO) daxil olub, elmi fəaliyyətini institutun aspiranturasında davam etdirərək tarix elmləri namizədi alimlik dərəcəsi alıb və 1990-cı ilədək MDBƏİ-də müəllim işləyib. 1994-2003-cü illərdə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) vitse-prezidenti, sonra isə birinci vitse-prezidenti vəzifəsində çalışıb.
15 oktyabr 2003-cü ildə İlham Əliyev xalq tərəfindən Azərbaycan Respublikasının Prezidenti seçilib. O, 2008, 2013, 2018 və 2024-cü illərdə keçirilən prezident seçkilərində də qələbə qazanıb
Azərbaycan xalqı 2003-cü ildə İlham Əliyevi Prezident seçməklə həm də Heydər Əliyevə, onun siyasi kursuna sadiqliyini nümayiş etdirdi. Prezident kimi fəaliyyətə başlayan İlham Əliyev andiçmə mərasimində Heydər Əliyev siyasətinə sadiq qalacağını bir daha bəyan etdi: “Azərbaycanı qüdrətli dövlətə çevirmək üçün ən başlıcası, ölkədə Heydər Əliyevin siyasəti davam etdirilməlidir. Bu gün yüksək kürsüdən çıxış edərkən mən Azərbaycan xalqına söz verirəm ki, bu siyasətə sadiq qalacağam, heç vaxt bu yoldan dönməyəcəyəm, Heydər Əliyevin siyasətini davam etdirəcəyəm”.
Cənab İlham Əliyev ali vəzifəsinə başladığı ilk gündən bütün gücünü və vaxtını bir nömrəli müqəddəs arzusu olan torpaqlarımızın erməni tapdağından azad edilməsinə sərf etdi, ölkəmizin güclənən iqtisadi potensialını ardıcıl olaraq peşəkar ordu quruculuğuna yönəltdi. Beynəlxalq təşkilatların ədalətsizliyi, riyakarlığı, hətta təzyiq və təxribatları qarşısında əyilməz vüqarı ilə dik durdu. O, təkcə Ermənistanla deyil, onun havadarları ilə siyasi-diplomatik, informasiya cəbhəsində mübarizə aparırdı.
Ulu öndər Heydər Əliyev xalqla ğörüşlərində "Biz Şuşanı da, Laçını da, Kəlbəcəri də və işğalda olan bütün torpaqlarımızı qaytaracağıq" deyirdi.
Cənab İlham Əliyev bu yolu davam etdirdi. "Biz Qarabağı qaytaracağıq, Qarabağ Azərbaycan torpağıdır" söylədi.
Ulu öndərin "Mən İlham Əliyevə özüm qədər inanıram" deməsi bu gün öz təsdiqini tapıb.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Ordusu 2020-ci il sentyabrın 27-də başlayan 44 günlük müharibə və 2023-cü ilin 19-20 sentyabr tarixində keçirilmiş lokal antiterror əməliyyatları nəticəsində Azərbaycanın bütün ərazilərini erməni işğalçılarından təmizləyib ölkənin ərazi bütövlüyünü və suverenliyini tam təmin etdi.
Müharibə dövründə Prezident İlham Əliyevin xarici KİV-lərə verdiyi 30-a yaxın müsahibə, Azərbaycanın haqlı mövqeyini dünyaya çatdırmaqda mühüm rol oynadı. Bu məqam, həmçinin, Prezidentin informativ və diplomatik sahələrdəki bacarığını ortaya qoydu.
İndi artıq əminliklə demək olar ki, Qarabağımız və Şərqi Zəngəzurumuz dirçəlir. Tezliklə bərpa-quruculuq işləri başa çatacaq, bu torpaqlarımıza qayıdan sakinlərimiz onlara yeni nəfəs verərək ölkəmizin dayanıqlı inkişafına dəstək olacaqlar.
Azərbaycan Prezidentinin yürütdüyü uğurlu xarici siyasət nəticəsində ölkəmiz 2012-ci ildə BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçildi, dünyada beynəlxalq təşkilatlar Ermənistanı işğalçı dövlət kimi tanıdı. Azərbaycanın 155 dövlətin dəstəyi ilə BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzv seçilməsi, həmçinin 120 dövlətin təmsil olunduğu Qoşulmama Hərəkatına 2019-2023-cü illərdə sədrlik etməsi müasir Azərbaycanın beynəlxalq miqyasda nüfuzunu və qüdrətini göstərir. Bu mənada Prezident İlham Əliyevin dünyada sülhü və konstruktiv əməkdaşlığı tərənnüm edən beynəlxalq təşəbbüsləri qlobal təşkilatların gündəliyinə daxil olunur. Qoşulmama Hərəkatının sədri qismində Prezident İlham Əliyevin təşəbbüsü ilə 2020-ci ilin dekabrında BMT Baş Assambleyasının COVID-19 pandemiyası ilə mübarizəyə həsr edilmiş Xüsusi Sessiyası keçirilib. 18 noyabr 2021-ci il tarixində BMT Baş Assambleyasının 76-cı sessiyası çərçivəsində Qoşulmama Hərəkatının sədri qismində Azərbaycan Respublikası Prezidentinin təşəbbüsü ilə QH üzvləri adından irəli sürülmüş “COVID-19 əleyhinə peyvəndlərə bərabər, məqbul qiymətə, vaxtında və universal əlçatanlığın təmin edilməsi” adlı qətnamə BMT üzv dövlətləri tərəfindən qəbul edilib.
COP29-un ölkəmizdə keçirilməsi Azərbaycan Resdpublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə əldə etdiyimiz növbəti qələbə, növbəti uğuru oldu. Azərbaycan dünya miqyasında öz sözünü bir daha dedi, etibarını bir daha təsdiqlədi, qlobal tendensiyalara növbəti töhfəsini verdi. Azərbaycanın təşkilatçılığı ilə COP29-un uğurlu baş tutması və yekunda önəmli nəticələrin əldə olunması dövlətimizin qüdrətini bütün dünyaya bir daha nümayiş etdirdi.
Prezident İlham Əliyevin həyata keçirdiyi müdrik daxili islahatlar və uzaqgörən, məqsədyönlü xarici siyasət sayəsində Azərbaycan Cənubi Qafqazda lider dövlətə çevrilmişdir. Eyni zamanda, Prezident İlham Əliyev adını türk dünyası tarixinə Qarabağ həsrətinə son qoyan şəxsiyyət kimi yazdırıb. Odur ki, bu gün Azərbaycan xalqı Prezident İlham Əliyevi vətənpərvərlik, qətiyyət, əzm, prinsipiallıq və dönməzlik rəmzinə çevrilən Lider kimi sevir, dəstəkləyir. Hər kəs Prezident İlham Əliyevi xilaskar Lider və Azərbaycan tarixinin ən qüdrətli sərkərdəsi olaraq qəbul edir.
Nəsir Nəsirli
Abşeron rayon, Fatmayı kənd bələdiyyəsinin sədri
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
24-12-2024