Azərbaycan gəncliyinin İlham simvolu
Tarix: 23-12-2024 | Saat: 21:35
Bölmə:Özəl | çapa göndər
Xalqları dünyada məşhurlaşdıran təkcə onların zəngin təbii sərvətləri və maddi mədəniyyət inciləri deyil, həm də dünya siyasətində mühüm rol oynayan fenomen şəxsiyyətləridir. Məhz belə fenomen şəxsiyyətlərin müəyyənləşdirdiyi yol hər bir millətin strateji inkişaf konsepsiyasına çevrilməklə onun dünya arenasında özünə layiqli yer tutmasını təmin edir. İlham Əliyev həyatın hər aspektini yaşayan nadir şəxsiyyətlərdəndir. O, bu mütəffəkir ömründə 5 il müəllim, 8 il deputat, uzun müddət ARDNŞ-də vitse-prezidenti və 21 ildir ölkə başçısı kimi əsl gənclərə örnək olan bir həyat yaşayır.
Müasir və müstəqil Azərbaycan dövlətinin banisi Ulu öndər Heydər Əliyev güclü dövlət yaratmaqla yanaşı, özündən sonra çoxşaxəli islahatların varisliyini uğurla təmin edə biləcək peşəkar lider də yetişdirib. “Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm” - deyən Heydər Əliyevin xalqımıza özünün layiqli davamçısı kimi təqdim etdiyi İlham Əliyevin 21 illik prezidentlik fəaliyyətinin qısa təhlili belə bu fikrin təxmin deyil, qəti qənaət olduğunu sübut edir.
Ümummilli liderin müəyyən etdiyi strategiyanı ötən müddətdə uğurla həyata keçirən və yeni dövrün ruhuna uyğun zənginləşdirən Prezident İlham Əliyevin ölkəyə fəaliyyətini diqqətlə nəzərdən keçirdikdə onun dövrün çağırışlarına çevik reaksiya verən, yüksək erudisiyaya və idarəetmə bacarığına malik, xalqına və dövlətinə qəlbən bağlı lider olduğu bir daha təsdiqini tapır. Prezident İlham Əliyevin rəhbərlik etdiyi Azərbaycan bu gün dünyanın siyasi sistemində özünəməxsus yeri ilə seçilir.
Prezident İlham Əliyev yeni əsrin yeni lideri olaraq Azərbaycanı inamla irəli aparır. Onun hakimiyyət illəri ölkənin dinamik inkişafı, sürətli modernləşməsi, dünyada nüfuz və söz sahibinə çevrilməsi ilə səciyyəvidir. Prezidentimiz mötəbər beynəlxalq təşkilatların – BMT-nin, NATO-nun, ATƏT-in kürsülərində inamlı, cəsarətli, məntiqi çıxışları ilə diqqəti cəlb edir, milli mənafeləri bütün səviyyələrdə qətiyyətlə qoruyur, müstəqil xarici siyasət yürüdür.
Zənn edirəm ki, onun mənalı həyatının hər günü, hər anı, qəhrəmanlıqlarla və mübarizələrlə dolu ömrü, fenomenal zəkası, hamını mat qoyan yaddaşı, bir sıra dil qabiliyyəti, istedadının müxtəlif formalarda təzahürü, şəxsiyyətinin formalaşması mərhələləri tarixi hadisələrlə zəngin unudulmaz salnamədir.
Xoşbəxtlikdən, mənə də Ulu öndərin layiqli davamçısı İlham Əliyevlə eyni zamanda yaşamaq, onların həyata keçirdiyi nəcib əməllərin, əmin və qətiyyətli addımların ölkəmizi mütərəqqi inkişafa aparan yolun şahidi olmaq nəsib olub.
İlham Əliyev siyasətinin ən pik nöqtəsi atası Ümummilli lider Heydər Əliyevin vəsiyyətini yerinə yetirərək 30 il işğal altında qalan doğma torpaqlarımızı düşməndən xilas etməsi oldu. İlham Əliyev Şuşanın işğaldan azad olunduğu gün Ulu öndərin məzarını ziyarət edərək sanki illərdir xəyalını qurduğu anın sevincini xalqı ilə birlikdə yaşadı. O, yerli televizyadan vətəndaşlara müraciət edərkən “ata vəsiyyətini yerinə yetirdim” sözünü elə bir fəxarət hissi ilə dedi ki, məhz onun bu sözü tarixə qızıl hərflərlə həkk olundu.
Dekabrın 24-də Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 63 yaşı tamam olacaq. Bütün ömrünü, amalını, düşüncəsini, qəlbini - atası Ümummilli liderimiz Heydər Əliyevin Azərbaycana həsr etdiyi kimi cənab prezidentimizdə eyni həyəcanla, məhəbbətlə, rəğbətlə çalışaraq ölkəmizi yeni inkişaf xətti ilə sürətlə çiçəkləndirməyə davam edir.
Sənan Hüseynov,
ADNSU III kurs tələbəsi,
Nyu-York Elmlər Akademiyasının üzvü
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
23-12-2024