Minkənd kəndi - Ata yurdum
Tarix: 17-12-2024 | Saat: 17:03
Bölmə:Özəl | çapa göndər
Azərbaycanın dilbər guşələrindən biri olan, özünəməxsus füsünkar gözəl-liyi ilə digər yaşayış məntəqələrindən fərqlənən, Kiçik Qafqaz dağının ən hündür zirvələrindən biri olan İşıqlı dağının ətəyində yerləşən Minkənd kəndi Laçın rayonunun , bütövlükdə Zəngəzur qəzasının ən qədim insan məskənlə-rindən biridir. Kənddə yaşamaq üçün ibtidai dövr insanları tərəfindən dağla-rın sinəsində qazılmış xeyli sayda mağaralar (kahalar, qazma evlər) Minkənd kəndinin qədimliyini bir daha sübut edir. Kənddəki tarixi abidələrindən qədim alban kilsəsi, tağbənd körpülər (birtağlı, ikitağlı), qəbirüstü daşlar, qədim xarabalıqlar və s. qədim sivilizasiyaların izlərinin daş yaddaşı kimi qiymətləndirilir. Kənd hündür dağların əhatəsində yerləşir. Çoxsaylı buz kimi soyuq və gur bulaqları ( Sağrı bulağı, Mərcan bulağı, Fatiq bulağı, Mehti bulağı, Qəmbəralı bulağı, Çiçək bulağı, Qırxbulaq, Ağbulaq,Xanın bulağı, Soyuqbulaq və s.) insan sağlamlığına xidmət edən çoxsaylı isti və qazlı mineral suları Minkənd çayının və onun qollarının mənbəyini təşkil edir. Kəndin ərazisində minbir dərdin dərmanı olan bitki və otörtüyü, ətir-saçan çiçəklərin və dərman bitkilərinin müxtəlifliyi, özünəməxsusluğu heyrətamiz bir mənzərə təşkil edir.
Minkənd kəndində yaşayan insanların elmə və təhsiə olan marağı nəzərə alınaraq 1890-cı ildə kənddə birsinifli peşəyönümlü rus-tatar məktəbi təşkil edilmişdir. Məktəb 42 şagirdlə (oğlan uşaqlarından ibarət olmaqla) fəaliyyətə başlamış, dərslər tütk və rus dillərində tədris edilmişdir. Şəriət dərslərini Molla Vəli Kərbəlayi oğlu, digər dərsləri Rəsul bəy Tahirov, rus dilini isə Geladze tədris etmişdir. 1896-cı ildə Rəsul bəy Tahirov məktəbə müdir təyin edilmişdir.
İlk təhsilini Minkənd məktəbində alan, sonradan təhsillərini dünyanın müxtəlif ali təhsil ocaqlarında davam etdirərək müxtəlif peşələrə sahib olan görkəmli ziyalılar olmuşdur. Həmin məzunlarından Nurməmməd bəy Şahsuvarov Qoridə və Kiyevdə, Mürsəl bəy Şahsuvarov və Surxay bəy Şahsuvarov Almaniyada, Xasay bəy Şahsuvarov və Qamboy bəy Şahsuvarov Rusiyadan təhsil almışlar.
Minkənd ziyalılarından professor Tofiq Şahsuvarovun, İsmayıl Sadıxovun, Vəlyəddin Cahangirovun, Mirzəxan Əliyevin, Tibb elmləri doktoru Rəhman Səfərəliyevin, tibb elmləri doktoru Zöhrab Qarayevin, dosent Zakir Əliyevin, dosent Şirin Məmmədquliyevin, texniki elmlər namizədi Elbrus Mahmudo-vun və başqalarının əziz və unudulmaz xatirələri onları tanıyanların qəlbində daima yaşayacaqdır.
1992-ci ildə torpaqlarımız mənfur düşmənlərimiz tərəfindən işğal edildik-dən sonra ermənilər tərəfindən evlərimiz yandırılmış, qədim abidələr, infrastrukturlar tamamilə dağıdılmışdır. Təcavüzkar, qəsbkar ermənilər yaşayış məntəqələrimizi xarabalığa çevirmişdilər.
Ali Baş Komandanımız, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi altında Şanlı Ordumuz canı-qanı bahasına torpaqlarımızı işğaldan azad etdi. Ərazi bütövlüyümüz bərpa edildi. Bu gün işğaldan azad olunmuş bütün ərazilərdə quruculuq, abadlıq işləri aparılır. Hazırda “Böyük Qayıdış” Dövlət Proqramı çərçivəsində işlər uğurla davam etdirilir. İşğaldan azad olunmuş ərazilərdə bərpa və yenidənqurma prosesi sürətli, sistemli və planlı şəkildə həyata keçirilir. Böyük quruculuq meydanına çevrilmiş Qara-bağ və Şərqi Zəngəzurda yeni yollar, hava limanları, körpülər, tunellər, elektrik və su xətləri, müasir yaşayış kompleksləri, məktəblər, xəstəxanalar, su-elektrik stansiyaları tikilir. Quruculuq işləri ilə yanaşı sosial infrastrukturun bərpası istiqamətində də mühüm işlər görülür.
İşğalçı ermənilərin otuz il qabaq Laçında, Füzulidə, Zəngilanda, Ağdərədə və digər işğal etdikləri ərazilərdə söndürdüləri ocaqlarını keçmiş məcburi köçkünlər bu gün yenidən yandırırlar. Tezliklə bu sevincdən 1992-ci ildə Minkənd kəndindən məcburi köçkün düşmüş sakinlərimizə də qismət olacaq və onlar da öz dədə-baba yurdlarına geri dönəcəklər.
İlqar Şahverdiyev
Laçın rayon B.Məmmədov adına Minkənd kənd tam orta məktəbinin direktoru
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
17-12-2024