Mobil versiya
Slovakiya prezidenti deyib ki, hərbi yardım Ukraynanın qələbəsini təmin etməyəcək
Tarix: 04-12-2024 | Saat: 20:17
Bölmə:Özəl | çapa göndər

Slovakiya prezidenti deyib ki, hərbi yardım Ukraynanın qələbəsini təmin etməyəcək

Kiyevə hərbi yardım Rusiya Federasiyası ilə münaqişədə Ukraynanın qələbəsini təmin etməyəcək.Bu fikri Latviyada səfərdə olan Slovakiya prezidenti Peter Pelleqrini jurnalistlərlə görüşündə deyib.

“Biz [Slovakiya] inanmırıq ki, Ukraynaya hərbi yardımın davam etdirilməsi onu münaqişədə hansısa mütləq qələbə ilə təmin edə bilər”, - deyə prezident bildirib: “Mən cənab prezidentlə razıyam Ukraynaya kömək davam etdirilməlidir.
Bununla belə, Slovakiyanın tamamilə qəti rəyi var ki, Ukraynanın hərbi münaqişənin yekunlaşması ilə bağlı [gözlənilən] danışıqlar zamanı güclü mövqe formalaşdırması üçün yardım lazımdır”.
Pelleqrini qeyd edib ki, Ukrayna Slovakiyanın mövqeyini yaxşı bilir.

"Biz bu barədə Ukrayna ilə açıq danışdıq" dedi Pelleqrini.
O, münaqişənin danışıqlar masası arxasında diplomatik yolla həllinə çağırıb. Onun sözlərinə görə, bunlar zamanı Kiyevin maraqları nəzərə alınmalıdır.

aia.az
Tərcümə şöbəsi



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
04-12-2024