Mobil versiya
İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının nümayəndə heyəti ilə görüş keçirilib -Foto
Tarix: 04-12-2024 | Saat: 13:23
Bölmə:Karusel / İqtisadiyyat | çapa göndər

İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının nümayəndə heyəti ilə görüş keçirilib

İqtisadiyyat Nazirliyində İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının nümayəndə heyəti ilə keçirilən görüşdə əməkdaşlığın inkişafı müzakirə edilib.

Bu barədə aia.az-a İqtisadiyyat Nazirliyindən məlumat verilib

İqtisadiyyat naziri Mikayıl Cabbarov İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının (İƏİT) dövlət mülkiyyəti və özəlləşdirmə üzrə İşçi Qrupunun sədri​, Birləşmiş Krallığın dövlət investisiyaları üzrə qurumunun baş icraçı direktoru Çarlz Donaldın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Görüşdə İƏİT-lə uğurlu tərəfdaşlıq qeyd olunub, müxtəlif sahələrdə birgə səylərin əhəmiyyəti vurğulanıb. Azərbaycanda iqtisadiyyatın şaxələndirilməsi, dövlətə məxsus müəssisələrdə dövlətin iştirakının azaldılması, iqtisadi effektivliyin yüksəldilməsi, maliyyə dayanıqlılığının yaxşılaşdırılması istiqamətində həyata keçirilən tədbirlər nəzərə çatdırılıb.

İƏİT nümayəndələri Azərbaycanla birgə layihələrin icrasından məmnunluqlarını ifadə edib və təşkilata üzv ölkələrin dövlət müəssisələrində idarəetmə prinsipləri barədə təcrübələrini bölüşüblər.

Azərbaycan və İƏİT arasında əməkdaşlığın yeni istiqamətlər üzrə inkişafı, həmçinin Azərbaycan İnvestisiya Holdinqi və onun portfel şirkətlərinin dayanıqlı fəaliyyəti, korporativ idarəetmə prinsiplərinə uyğun idarə olunması istiqamətində prioritet məsələlər müzakirə edilib.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
04-12-2024