"Yaşar, azadlığa çıxım, səni öldürüb gələcəm" - Övladı qətlə yetirilən ana həbsdə olan şəxsi hədələdi
Tarix: 04-12-2024 | Saat: 18:00
Bölmə:Ölkə | çapa göndər
Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Novruz Kərimovun sədrliyi ilə Cinayət Məcəlləsinin 120.2.2-ci (xuliqanlıq niyyəti ilə qəsdən adam öldürmə), 120.2.4, 120.2.9, 133.2.4-cü maddələdi ilə təqsirləndirilən şəxs Yaşar Abbasovun növbəti məhkəmə prosesi keçirilib.
"Unikal"ın məlumatına görə, hakim Novruz Kərimov şahidlər prosesə gəlmədiyindən onlar barəsində polis vasitəsilə məcburi gətirmə qərarı çıxartdı. Cəzaçəkmə müəssisəsində cəza çəkən, bu işdə şahid qismində tanınan Murad Tağızadənin etap olunması barədə də kanvoy tabotuna tapşırıq verildi.
Narkotik vasitələrin satışına görə məhkumluq həyatı yaşayan İpək Əsgərova azadlığa çıxdıqdan sonra Yaşarı öldürüb təzədən həbsə gələcəyini bildirdi.
Məhkəmə prosesi 25 dekabr tarixinə kimi təxirə salındı.
Qeyd edək ki, ittiham aktına görə, Yaşar Abbasov qeyri-rəsmi yaşadığı İpək Əhmədovanı döyüb, azyaşlı 9 yaşlı uşağa işgəncə verməklə Əhmədzadə Mirəli Seyidvəli oğlunu isə qəsdən öldürüb.
Xatırladaq ki, zərərçəkən İpək Əhmədova narkotik vasitələrin qanunsuz istifadəsi maddəsi ilə həbs edilib.
aia.az
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
04-12-2024