Yeni Konstitusiyasının qəbul edilməsinə ciddi zərurət var idi.
Tarix: 19-11-2024 | Saat: 09:32
Bölmə:Siyasət | çapa göndər
Azərbaycan Respublikasının ilk Konstitusiyasının ümumxalq səsverməsi yolu ilə qəbul edilməsindən 29 il ötür. Xalqımız 12 noyabr-Azərbaycan Respublikasının Konstitusiya Gününü qalib xalq kimi ikiqat sevinc hissi və xoş bayram ovqatı ilə qeyd edir. 1991-ci ildə oktyabr ayının 18-də dövlət müstəqilliyi əldə etdikdən sonra müstəqil Azərbaycan Respublikasının yeni Konstitusiyasının işlənilib hazırlanmasına və qəbul edilməsinə ciddi zərurət var idi. Lakin o vaxt hakimiyyətdə olanlar bu sahədə heç bir addım atmadılar. Köhnə qanunlar mövcud ictimai-siyasi sistemə uyğun gəlmirdi. Qanunlarda və idarəetmədə çoxlu boşluqlar var idi. Bu da ölkənin idarə edilməsində iqtisadi-siyasi və ictimai həyatda gərginliklər və çeşidli problemlər yaradırdı.
Yalnız Ümummilli lider Heydər Əliyev hakimiyyətə qayıtdıqdan sonra ölkədə ictimai-siyasi sabitlik təmin edildi. 1995-ci ilin noyabr ayının 12-də Azərbaycan xalqı referendum yolu ilə ümummilli lider Heydər Əliyevin baş memarı olduğu Azərbaycan Respublikasının Konstitusiyasını qəbul etdi. Yeni Konstitusiya 1 bölmədən, 12 fəsildən və 158 maddədən ibarət oldu. 1995-ci ildə qəbul olunmuş Konstitusiya müstəqil Azərbaycanın ilk, ümumilikdə isə ölkəmizin tarixində dördüncü Konstitusiyasıdır. Azərbaycanın Konstitusiya quruluşunun tarixi SSRİ dövrünə təsadüf edir. Azərbaycanın ilk Konstitusiyası 1921-ci ilin mayın 19-da, SSRİ Konstitusiyasına uyğunlaşdırılmış yeni redaksiyası isə 1925-ci il martın 14-də qəbul olunmuşdu. 1978-ci ilin aprelin 21-də qəbul edilmiş son Konstitusiya da, əvvəlki konstitusiyalar kimi, SSRİ Konstitusiyasına uyğunlaşdırılmışdı. Sovet konstitusiyalarından fərqli olaraq, müstəqil Azərbaycanın Konstitusiyası insan və vətəndaş hüquq və azadlıqlarının təmin olunmasını dövlətin ali məqsədi kimi bəyan etdi. Hakimiyyət bölgüsünün əsas prinsiplərini müəyyənləşdirdi. İnsan və vətəndaş hüquqlarının, azadlıqlarının müdafiəsini qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanları üzərinə ümdə vəzifə olaraq qoydu. Təsadüfi deyil ki, şəxsiyyətin toxunulmazlığı, insan həyat və sağlamlığının qorunması, layiqli həyat səviyyəsinin təmin olunması, humanizm və insanpərvərlik prinsipləri Azərbaycan Konstitusiyasının başlıca mahiyyətini təşkil edir. Azərbaycanda demokratik, hüquqi dövlətin və cəmiyyətin formalaşması, dövlətimizin beynəlxalq təşkilatlara üzv qəbul edilməsi, Avropa dəyərlərinə inteqrasiyası Azərbaycan Respublikasının Konstitusiyasında bəzi dəyişikliklər aparmaq zərurəti yaratdı. 24 avqust 2002-ci ildə, 18 mart 2009-cu ildə və 26 sentyabr 2016-cı ildə referendum yolu ilə Azərbaycan Respublikasının Konstitusiyasına əlavə və dəyişikliklər edildi.
Ulu öndər Heydər Əliyev 1996-cı il fevral ayının 6-da respublikamızda 12 noyabrı Azərbaycan Respublikasının Konstitusiya günü kimi qeyd edilməsi barədə Sərəncam vermişdir. Artıq 29 ildir ki, 12 noyabr ölkəmizdə Konstitusiya günü kimi qeyd edilir.
Bu gün Azərbaycan Respublikasının Konstitusiyası dünyada ən mükəmməl və demokratik qanunlardan olması ilə fərqlənir. Ulu öndər Heydər Əliyevin mütərəqqi ideyalarının davamçısı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə ölkə vətəndaşlarının Konstitusiyamızda təsbit olunan hüquq və azadlıqlarının təmin olunması, onların sosial rifah halının yüksəldilməsi, respublikamızın sosial, iqtisadi, hərbi, siyasi gücünün daha da inkişaf etdirilməsi dövlət siyasətinin əsas prioritetləridir. Ölkə Prezidenti, Müzəffər Ali Baş Komandan, cənab İlham Əliyevin rəhbərliyi ilə Vətən müharibəsində tarixi Qələbənin qazanılması və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması Konstitusiyamızın ölkəmizin bütün ərazisində tətbiqinə imkan yaradıb. Bu Qələbə sayəsində 30 ilə yaxın müddətdən sonra beynəlxalq hüququn prinsip və tələbləri yerinə yetirilib və işğaldan azad edilmiş ərazilərdə Konstitusiyanın hüquqi qüvvəsi təmin olunub. Konstitusiyanın qəbulu Ulu Öndər Heydər Əliyevin Azərbaycan dövlətçiliyi qarşısındakı ən böyük xidmətlərindən biridir. Konstitusiyamız müstəqil dövlət quruculuğu prosesini tənzimləyən, demokratik inkişafa təminat yaradan, cəmiyyətin siyasi, sosial, mədəni, iqtisadi sahələrdə köklü dəyişiklikləri özündə ehtiva edən, qanunvericiliyin təkmilləşdirilməsində hüquqi baza rolunu oynayan mükəmməl və mütərəqqi sənəddir. Müstəqil Azərbaycan Respublikasının Konstitusiyası ölkəmizdə demokratik, hüquqi, dünyəvi dövlət quruculuğu prosesinə hüquqi baza yaratdı və onun inkişafına güclü təkan verdi, hakimiyyət bölgüsünün əsas prinsiplərini müəyyənləşdirdi. İnsan və vətəndaş hüquqlarının, azadlıqlarının müdafiəsini qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanları üzərinə ümdə vəzifə olaraq qoydu. Azərbaycan Respublikasının Konstitusiyası qəbul edilərkən hüquqi dövlət quruculuğunun müasir meyillərinə istinad olunmuş, ölkəmizin hüquq sistemi üçün yeni bir təsisatın – konstitusiya ədalət mühakiməsi orqanının yaradılması nəzərdə tutulmuş, bu təsisatın dövlət hakimiyyəti sistemində yeri və rolu müəyyənləşdirilmişdir. Əsas Qanunda dövlətin müstəqilliyini, suverenliyini və ərazi bütövlüyünü qorumaq, cəmiyyətin demokratikləşdirilməsinə və vətəndaş cəmiyyətinin bərqərar olmasına nail olmaq, qanunların aliliyini təmin edən hüquqi, dünyəvi dövlət qurmaq, bazar iqtisadiyyatına xas olan münasibətlərin formalaşmasını təmin etmək və s. bu kimi nailiyyətlər təsbit olunmuşdu. Konstitusiyanın qırx səkkiz maddəsi bilavasitə insan hüquqlarına və onların təminatlarına həsr edilmişdir. Bir çox beynəlxalq hüquqi sənədlər Azərbaycan Respublikası Konstitusiyasının insan hüquq və azadlıqlarını təsbit edən üçüncü fəslinin əsasını təşkil etmişdir. Əsas Qanunumuzda dilindən, dinindən, irqindən, etnik mənsubiyyətindən asılı olmayaraq, Azərbaycanda yaşayan bütün vətəndaşların hüquq və azadlıqları geniş təsbit olunmuşdur.
Bəxtiyar Mustafayev ,
YAP Mingəçevir şəhər təşkilatının sədri.
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
18-11-2024