YAP zamanın tələbi, xalqın istəyi ilə yarandı
Tarix: 18-11-2024 | Saat: 19:03
Bölmə:Siyasət / Özəl | çapa göndər
Yeni Azərbaycan Partiyası zamanın tələbi, xalqın istəyi ilə yaranan partiyadır. Hər siyasi partiya cəmiyyətin və dövlətçiliyin maraqlarının partiyası ola bilmir. 1992-ci il noyabr ayının 21-də Naxçıvanda böyük tarixi şəxsiyyət Heydər Əliyevin sədrliyi ilə keçirilən təsis konfransında Yeni Azərbaycan Partiyasının yaradılması haqqında qərar, partiyanın Proqram və Nizamnaməsi qəbul edildi. Konfransda Heydər Əliyev yekdilliklə partiyanın Sədri seçildi. Konfransda partiyanın Siyasi Şurası, İdarə Heyəti və sədrin müavinləri seçildi. Beləliklə, Yeni Azərbaycan Partiyası yarandı. Ulu Öndər Azərbaycanın dövlət maraqlarını, dövlətçilik təsisatlarını bu partiyanın ideoloji strukturları əsasında möhkəmləndirməyi tövsiyə edirdi. Çünki Yeni Azərbaycan Partiyasının məramı azərbaycançılıq ideologiyasından yaranmışdı. Bu partiya Azərbaycanın dövlət maraqlarının siyasi, siyasi-ideoloji mahiyyətini ifadə edirdi. Yeni Azərbaycan Partiyasının siyasi hakimiyyətə gəlişi və cəmiyyətin aparıcı ideoloji qüvvəsinə - iqtidar partiyasına çevrilməsi də tarixi zərurət idi. Böyük tarixi şəxsiyyətlər tarixin axarını dövlətçiliyin sabahlarını müəyyənləşdirən siyasi axara yönəldə bilir. Bu, dövlətin daha da möhkəmlənməsində, beynəlxalq aləmdə yüksək nüfuza malik olmasında, dövlətin iqtisadi inkişafının tənzimlənməsində və inkişaf etdirilməsində olduqca əhəmiyyətli olur. Böyük tarixi şəxsiyyət, XX əsrin fenomenal siyasi xadimi Azərbaycanın iqtisadi potensialını hərəkətə gətirdi, ikitərəfli, çoxtərəfli iqtisadi müqavilələr dövlətin iqtisadi inkişafını müəyyənləşdirdi. Ulu Öndər deyirdi: “Azərbaycan güclü dövlətdir və onun güclü ordusu vardır”. Orduda vahid komandanlığın yaradılması, ordu quruculuğunda aparılan əsaslı islahatlar, hərbi təhsildə həyata keçirilən yeniliklər və digər önəmli addımlar uğurlar gətirdi. Ulu Öndərin rəhbərliyi ilə bu uğurlar Yeni Azərbaycan Partiyasının ideoloji istiqamətverici gücü ilə əldə edilib. Ulu öndər Heydər Əliyevin müdrikliyinin nəticəsi kimi yaradılan partiya illər ərzində ölkədə siyasi sabitliyin, davamlı inkişafın təminatçısı olub. İnandırma, inandırmaqla inama çevrilmə ehtiramla yarana bilərdi. Yarandı da. Qısa müddət ərzində xalqın partiyasına çevrilən Yeni Azərbaycan Partiyası dünyəvi dəyərləri də yaşadan, tolerantlığı gərəkləndirən partiyadır. Bu partiyanın fəaliyyəti Azərbaycan Respublikasının Konstitusiyasına və qanunvericiliyinə əsaslanır, milli-xəlqi maraqlar əsasında hazırlanmış Nizamnaməsi və Proqramı əsasında fəaliyyət göstərir. Bu partiya Azərbaycanda hüquqi dövlət, sabit və sosialyönümlü iqtisadiyyat, vətəndaş cəmiyyəti qurmaq ideyalarını qəbul edən vətəndaşları birləşdirən siyasi partiyadır. Məhz bu xarakterinə görə Yeni Azərbaycan Partiyası həm də gələcəyin partiyasıdır. Yeni Azərbaycan Partiyası demokratik cəmiyyətin partiyasıdır, tolerant dövlətin iqtidar partiyasıdır. Bu partiya siyasi dialoqu dəstəkləyən, partiyalararası münasibətlərdə başlıca amilin milli maraqlar olduğunu xatırladan və bunu başlıca fəaliyyət istiqaməti bilən partiyadır. Ümummilli Lider Heydər Əliyevin təbirincə desək, "dünənin, bu günün və gələcəyin partiyası" kimi hər zaman islahatlara açıq olan, müasir çağırışlara cavab verən, öz fəaliyyətini yeni tendensiyalar əsasında davam etdirən Yeni Azərbaycan Partiyası dinamik ictimai-siyasi qüvvədir. Onun nüfuzu və siyasi-ideoloji təsir dairəsi cəmiyyətin bütün təbəqələrinin, xüsusilə gənclərin və qadınların fəal vətəndaş mövqeyinin formalaşması baxımından təşkilata aktiv şəkildə cəlb olunması ilə daha da artmış olur. Partiyamız ölkə daxilində çoxşaxəli fəaliyyətlə yanaşı, bu gün respublikamızın hüdudlarından kənarda səmərəli əlaqələr formalaşdırmaqla beynəlxalq miqyasda ən güclü siyasi təşkilatlardan biri kimi tanınır və qəbul edilir ki, bu da, şübhəsiz, ölkəmizin beynəlxalq nüfuzunun yüksəlişinə vacib töhfədir. Xalqın bütövlüklə dəstəyini alaraq Azərbaycanı dönməz inkişaf yoluna çıxaran Yeni Azərbaycan Partiyası hər zaman xalqımıza, dövlətimizə qələbələr qazandırdı, uğurlar gətirdi, dayanıqlı milli iqtisadi inkişaf sisteminin formalaşdırılmasını şərtləndirdi. Bu gün Azərbaycan həm beynəlxalq münasibətlər sistemində, həm də beynəlxalq əməkdaşlıq sistemində olduqca ciddi mövqelərə və təsirə malikdir. Ərazi bütövlüyünü təmin etdi, tarixi qələbələrə imza atdı. Dövlətimiz Prezident, Ali Baş Komandan, YAP-ın Sədri cənab İlham Əliyevin rəhbərliyi ilə 2020-ci ildə Vətən müharibəsində tariximizin qızıl səhifəsini yaratmağı bacardı. 2023-cü ilin sentyabr ayında isə bütün ərazilərimiz boyunca suverenliyimizi etibarlı və dönməz şəkildə təmin etdik. Bu baxımdan, Yeni Azərbaycan Partiyası vaxtı ilə Azərbaycanı xilas etdiyi kimi, bundan sonrakı dövrlərdə də ölkəmizi inkişafın, tərəqqinin ən yüksək nöqtələrinə çatdıracaq. Sonda onu da deyim ki, 5 mart 2021-ci il tarixində keçirilən YAP-ın VII qurultayı partiyanın həyatında ciddi struktur dəyişikliyi ilə yadda qaldı. Yeni nizamnamə və proqram qəbul olundu və bu da partiyaya yeni nəfəs gətirdi. 11 strateji hədəf müəyyən edildi. “Ulu Öndər Heydər Əliyev irsinin təbliği və təşviqi”, “Güclü iqtisadiyyat və davamlı inkişaf”, “İnklüziv cəmiyyət, ədalətli sosial təminat və insan kapitalının inkişafı”, “Şəffaflığın artırılması”, “Vətəndaş cəmiyyətinin inkişafı”, “Azərbaycan dili və dünya azərbaycanlılarının həmrəyliyi”, “Mədəni irsin və milli-mənəvi dəyərlərin qorunması”, “Vətəndaş həmrəyliyinin təminatı”, “Milli maraqlar və xarici siyasət”, “Ordu quruculuğu” və “İşğaldan azad olunmuş ərazilərə Böyük Qayıdış.”
Arif Fərzəliyev,
YAP Cəbrayıl rayon təşkilatının sədri
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
24-12-2024