Afrikada qaranlıq oyunlar! Rusiyanın dəstəklədiyi terror təşkilatı
Tarix: 14-11-2024 | Saat: 11:48
Bölmə:Özəl | çapa göndər
Nigeriyada terror hücumunda 15 mülki vətəndaş həyatını itirərkən; Hücum İŞİD-in Afrikadakı ən güclü qolu olan Boko Haram tərəfindən həyata keçirilməyib; Məsuliyyəti "Lukurawa" adlı yeni terror təşkilatı öz üzərinə götürüb. Adını ilk dəfə dilə gətirən təşkilatın arxasında bölgədə fəal iştirakını davam etdirən Rusiyanın “Vaqner” hərbi şirkətinin dayandığı üzə çıxıb.
Nigeriyanın şimal-qərbindəki Kebbi bölgəsindəki Mera kəndinə təşkil edilən terror hücumunda 15 mülki vətəndaş həyatını itirib. Silahlı aksiyanı ölkədə mövcud olan və Afrikanın ən böyük terror təşkilatı olan Boko Haram deyil, yeni radikal dini terror təşkilatı kimi adından söz etdirən “Lukurava” öz üzərinə götürüb. Qlobal kəşfiyyat mediası ilk dəfə Mali və Nigerdə terror aktları törədən, Nigeriyada da tez bir zamanda ortaya çıxan təşkilatın arxasında kimin dayandığını sorğulayır. Rusiyanın muzdlu şirkəti “Vaqner”in fəaliyyət göstərdiyi bölgədə həyata keçirilən hücum, Afrikada qurulacaq yeni terror təşkilatları ilə xaos yaratmaq planı kimi şərh edilir.
Qərb kəşfiyyat təşkilatlarının proqnozlarına görə, təşkilatın yaxın vaxtlarda təkcə Nigeriya hökumətinə qarşı deyil, həm də rəqib təşkilatı Boko Haramla qarşıdurmaları olacaq. Nigeriya Baş Qərargah rəisi ordu generalı Olufemi Oluyede təşkilatla mübarizə aparacaqlarını bildirərkən, Lakurava lideri Əmir Həbib Tacje cavab verəcəyini açıqlayıb. IO-nun əldə etdiyi məlumata görə, Nigeriya hökumətini ən çox narahat edən Lukuravanın Rusiyanın qabaqcıl silahları, mobil müdafiə, logistika, rabitə sistemləri və sursatlarından istifadə etməsidir.
aia.az
Tərcümə şöbəsi
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
14-11-2024