Mobil versiya
Parlamentdə 2025-ci il üçün dövlət büdcəsinin müzakirələri başlayacaq
Tarix: 14-11-2024 | Saat: 12:00
Bölmə:Manşet / Parlament | çapa göndər

Parlamentdə 2025-ci il üçün dövlət büdcəsinin müzakirələri başlayacaq

Milli Məclisdə noyabrın 18-də Azərbaycanın 2025-ci il üçün dövlət büdcəsi zərfinin müzakirələri başlayacaq.

aia.az xəbər verir ki, Report-a məlumatı parlamentin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvlərindən biri təsdiq edib.

Həmin gün adıçəkilən komitədə büdcə zərfinə daxil olan qanun layihələrinin ilk müzakirəsi planlaşdırılır.

Qeyd edək ki, Maliyyə Nazirliyinin Milli Məclisə təqdim etdiyi layihəyə əsasən, 2025-ci ildə dövlət büdcəsinin gəlirlərinin 38 milyard 316 milyon manat (2024-cü ilin təsdiq olunmuş proqnozuna nisbətən 5,3 % çox), xərclərinin isə 41 milyard 367,6 milyon manat (4,1 % çox) olacağı gözlənilir.

Son nəticədə büdcədə 3 milyard 51,6 milyon manat kəsir yaranmalıdır. Bu isə illik müqayisədə 9 % azdır.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
14-11-2024