Mobil versiya
Goranboy şəhər 1 nömrəli tam orta məktəbin müəllimi Elnur Aslanovun dünyasını dəyişməsi ilə əlaqədar səsləndirilən məsələlərlə bağlı açıqlama
Tarix: 11-11-2024 | Saat: 22:31
Bölmə:Təhsil | çapa göndər

Goranboy şəhər 1 nömrəli tam orta məktəbin müəllimi  Elnur Aslanovun dünyasını dəyişməsi ilə əlaqədar səsləndirilən məsələlərlə bağlı açıqlama

Goranboy şəhər 1 nömrəli tam orta məktəbin fizika müəllimi Elnur Aslanovun dünyasını dəyişməsi və sosial şəbəkələrdə Goranboy-Naftalan rayonları üzrə təhsil sektoru ilə əlaqədar səsləndirilən məsələlərlə bağlı açıqlama

Goranboy şəhər 1 nömrəli tam orta məktəbin fizika müəllimi Elnur Aslanovun 30 oktyabr tarixində Goranboy-Naftalan rayonları üzrə təhsil sektorunun müdiri Xəyal Məmmədovun qəbulunda olması və qəbuldan sonra əsəbləşərək halının pisləşməsi məlumatları həqiqəti əks etdirmir.

Belə ki, Elnur Aslanov 30 oktyabr, saat 17:00 radələrində çalışdığı məktəbin direktor vəzifəsini icra edən Gülxanım Abdullayeva ilə birgə SIMA proqramının yüklənməsinə dəstək göstərilməsi məqsədi ilə Goranboy-Naftalan rayonları üzrə təhsil sektorunun inzibati binasına gəliblər.

Sektorda təxminən 30 dəqiqə qaldıqdan sonra işini bitirib, sektor müdirinin qəbulunda olmadan evə getmək üçün binadan ayrılıb.

Sektorun həyətində müəllimin halının pisləşdiyini görən sektorun əməkdaşları dərhal təcili tibbi yardım xidmətinə müraciət ediblər. Elnur Aslanov Goranboy Rayon Mərkəzi Xəstəxanasına aparılıb.

Təəssüf hissi ilə bildiririk ki, Elnur Aslanov 03 noyabr 2024-cü il tarixdə öz yaşayış evində dünyasını dəyişib.

Sosial şəbəkələrdə Goranboy-Naftalan rayonları üzrə təhsil sektoru ilə bağlı səsləndirilən digər məsələlər Gəncə-Daşkəsən Regional Təhsil İdarəsi tərəfindən nəzarətə götürülüb.

Məsələ ilə bağlı hazırda araşdırma aparılır. Araşdırmanın nəticələri barədə ictimaiyyətə əlavə məlumat veriləcək.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
13-11-2024