Mobil versiya
Azərbnaycanda bu çay DAŞDI - təsərrüfatlara ziyan DƏYDİ
Tarix: 30-10-2024 | Saat: 10:12
Bölmə:Manşet / Ölkə | çapa göndər

Azərbnaycanda bu çay DAŞDI -

Lənkəranda son günlər yağan intensiv yağışlar Veravulçayın daşmasına səbəb olub.

aia.az xəbər verir ki, sel səbəbindən rayonun Vilvan kəndində 10 yaxın ailənin yaşadığı evlər üçün təhlükəli vəziyyət yaranıb, eləcə də sel suları sakinlərin təsərrüfatlarına da xeyli ziyan vurub.

Təbii fəlakət nəticəsində meyvə bağlarını, istilikxanaları sel aparıb, bəzi yerlərdə torpaq yuyulub.

Ərazidə yaranan vəziyyətlə bağlı Lənkəran rayon Su Meliorasiya İdarəsi tərəfindən həyətyanı sahələrə baxış keçirilib. Mövcud vəziyyət nəzərdən keçirilib və əraziyə ağır texnikalar cəlb olunub. İdarənin mütəxəssisi Ayıq Əliyev bildirib ki, ötən il də idarə tərəfindən çayda məcradəyişmə işləri görülüb, lakin yağıntının çox olmasına görə görülən işləri sıradan çıxarıb.

Qeyd edək ki, bu günə kimi Veravulçayın Vilvan və Veravul kəndlərindən keçən hissəsində sağ və sol sahilində 2800 paqonmetr uzunluğunda betondan mühafizə divarı tikilib.APA

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
30-10-2024