Mobil versiya
Yol polisi gücləndirilmiş rejimdə işləyir
Tarix: 22-10-2024 | Saat: 13:17
Bölmə:Ölkə | çapa göndər

Yol polisi gücləndirilmiş rejimdə işləyir

Yağışlı hava şəraiti ilə əlaqədar küçə və prospektlərdə təhlükəsizliyi, o cümlədən nəqliyyatın intensivliyini təmin etmək məqsədilə polis əməkdaşları gücləndirilmiş iş rejimində xidmətlərini davam etdirirlər.

Baş Dövlət Yol Polisi İdarəsindən aia.az-a bildirilib ki, nasazlıq səbəbindən yollarda qalan avtomobillərin sürücülərinə polis əməkdaşları köməklik göstərərək, nəqliyyat vasitələrinin yolun hərəkət hissəsindən çıxarılmasını təmin ediblər.

Aramsız yağan yağışın fəsadlarının aradan qaldırılması üçün paytaxtın bəzi küçə və prospektlərində nəqliyyat vasitələrinin hərəkətinə məhdudiyyət tətbiq olunub, avtomobillər alternativ yollara istiqamətləndirilib. Həmin istiqamətlər üzrə də sıxlığın yaranmaması üçün yol polisi tərəfindən tənzimləmə işləri tətbiq olunur.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə