Mobil versiya
Yağışla bağlı Bakı yollarında sıxlıq yarandı - SİYAHI
Tarix: 21-10-2024 | Saat: 15:55
Bölmə:Ölkə | çapa göndər

Yağışla bağlı Bakı yollarında sıxlıq yarandı -

Hazırda yağışlı hava şəraiti ilə əlaqədar Bakının bir sıra yollarında sıxlıq yaranıb.

Bu barədə aia.az-a NİİM-dən məlumat verilib.

Bildirilib ki, hazırda yollardakı vəziyyət:

1. Yusif Səfərov küçəsi, mərkəz istiqamətində;
2. Yusif Səfərov küçəsi, Heydər Əliyev prospekti istiqamətində;
3. Alı Mustafayev küçəsi, Ziya Bünyadov prospekti istiqamətində;
4. Əbdülvahab Salamzadə küçəsi, Ziya Bünyadov prospekti istiqamətində;
5. 28 May küçəsi, Puşkin küçəsi ilə kəsişmədən Rəşid Behbudov küçəsi ilə kəsişməyə qədər;
6. Koroğlu Rəhimov küçəsi, Ak. Həsən Əliyev küçəsi ilə kəsişmədən Heydər Əliyev prospekti istiqamətində;
7. Koroğlu Rəhimov küçəsi, Gülarə Qədirbəyova küçəsindən Ak. Həsən Əliyev küçəsi istiqamətində;
8. Xətai prospekti, Heydər Əliyev prospekti istiqamətində;
9. Xətai prospekti, "Şərq bazarı" istiqamətində;
10. Zərifə Əliyeva küçəsində;
11. Ziya Bünyadov prospekti, Əhməd Rəcəbli küçəsi ilə kəsişmədən Atatürk prospekti ilə kəsişməyə qədər;
12. Ziya Bünyadov prospekti, Əbdülvahab Salamzadə küçəsi ilə kəsişmədən Əhməd Rəcəbli küçəsi istiqamətində;
13. Üzeyir Hacıbəyli küçəsi, Azadlıq prospekti ilə kəsişməyə qədər;
14. Rəşid Behbudov küçəsi, Mərkəzi Bank istiqamətində;
15. Neftçilər prospekti, "Azneft" dairəsi istiqamətində;
16. Bakıxanov küçəsi, İnşaatçılar prospekti ilə kəsişmədən "Dədə Qorqud" parkı istiqamətində;
17. Binəqədi şosesi, "Azadlıq prospekti" metro stansiyasından Binəqədi qəsəbəsi istiqamətində;
18. Şəmsi Bədəlbəyli küçəsi, "Qış parkı"nın qarşısından Mərkəzi Bank istiqamətində;
19. "3-cü mikrorayon" dairəsində;
20. Heydər Əliyev prospekti, əsas yol, mərkəz istiqamətində;
21. Bülbül prospekti, "Sahil" metro stansiyasının qarşısında;
22. Afiyəddin Cəlilov küçəsi, Yusif Səfərov küçəsi istiqamətində;
23. Dilarə Əliyeva küçəsi, Puşkin küçəsi ilə kəsişmədən Rəşid Behbudov küçəsi ilə kəsişməyə qədər sıxlıq müşahidə olunur.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
23-12-2024