Mobil versiya
Almaniya Baltik dənizində NATO əməliyyatları üçün qərargah açıb
Tarix: 21-10-2024 | Saat: 15:42
Bölmə:Özəl | çapa göndər

Almaniya Baltik dənizində NATO əməliyyatları üçün qərargah açıb

Almaniya Müdafiə Nazirliyi genişmiqyaslı silahlı münaqişə zamanı NATO-nun hərbi-dəniz qüvvələrinin Baltik dənizində hərəkətlərinə rəhbərlik etmək üçün qərargah yaradıb.Bu barədə “Reuters” yazır.


Almaniyanın müdafiə naziri Boris Pistorius deyib: “Qərargah hərbi vəziyyətlə bağlı hesabatların verilməsində və regional çağırışlara cavab verilməsində, o cümlədən NATO-ya üzv ölkələrin maraqlarının qorunmasında həlledici rol oynayacaq”.
Pistorius Rostokda Almaniya Hərbi Dəniz Qüvvələri Komandanlığında Baltik dənizi əməliyyatları üçün yeni çoxmillətli dəniz qərargahı açdı. Güman edilir ki, komanda mərkəzinin yaradılması Rusiya ilə münasibətlərin korlanmasından sonra Baltikyanı ölkələrin alyans üçün əhəmiyyətini vurğulayacaq. Qeyd olunur ki, Finlandiya və İsveç bloka daxil olduqdan sonra Baltik dənizinin NATO üçün rolu xeyli artıb.Bundan əvvəl NATO-nun Avropadakı müttəfiq silahlı qüvvələrinin baş komandanı, general Kristofer Kavoli Ukrayna münaqişəsindən sonra Rusiyanın güclənəcəyini proqnozlaşdırmışdı. O, həmçinin Rusiyanı müttəfiqlik və bütün Avropanın təhlükəsizliyi üçün daimi təhdid adlandırıb.

aia.az
Tərcümə şöbəsi



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə