Mobil versiya
"Bu, Prezident İlham Əliyevin şəxsi nüfuzunun göstəricisidir" -Deputat
Tarix: 10-10-2024 | Saat: 13:00
Bölmə:Siyasət | çapa göndər

"Bu, Prezident İlham Əliyevin şəxsi nüfuzunun göstəricisidir"

Azərbaycan Prezidentinin Rusiyaya səfəri çərçivəsində keçirdiyi ikitərəfli görüşlər, həmçinin dövlətimizin başçısının Moskvada Müstəqil Dövlətlər Birliyi (MDB) Dövlət Başçıları Şurasının iclasında çıxışında yer alan fikirlər Azərbaycan-Rusiya müttəfiqlik münasibətlərinin Avrasiya məkanı üçün önəmli, bəlkə də tarixi bir mərhələyə qədəm qoyduğunu nümayiş etdirməklə yanaşı, ölkəmizin Ermənistan istisna olunmaqla, əsasən dost və qardaş ölkələrin yer aldığı bir təsisatın gələcəyi ilə bağlı aydın və perspektiv vəd edən bir baxış bucağına sahib olduğunu göstərir.

Bu sözləri Modern.az-a açıqlamasında Milli Məclisin deputatı Azər Kərimli deyib.

Azər Kərimli qeyd edib ki, MDB Dövlət Başçıları Şurasının bu dəfəki iclasını önəmli edən ən mühüm məqamlardan biri Azərbaycanın işğaıdan azad edilmiş və gündən-günə çiçəklənən Laçın şəhərinin MDB-nin mədəniyyət paytaxtı elan edilməsidir:

“Bu, MDB üzvü olan ölkələrin dövlət başçılarının Azərbaycanın ərazi bütövlüyünə və süverenliyinə, Azərbaycan xalqının mədəniyyətinə verdikləri yüksək dəyərin və şübhəsiz ki, Prezident İlham Əliyevin şəxsi nüfuzunun göstəricisidir. MDB Humanitar Əməkdaşlıq Şurasının qərarına əsasən, Azərbaycanın Şərqi Zəngəzur bölgəsinin Laçın şəhəri 2025-ci ildə MDB-nin mədəniyyət paytaxtı elan edilib. Laçının MDB-nin mədəniyyət paytaxtı elan edilməsi həm laçınlılar, həm də bütün Azərbaycan xalqı tərəfindən böyük minnətdarlıqla qarşılanıb”.

Deputat Azərbaycan Prezidentinin “Rossiya-1” televiziya kanalına verdiyi müsahibəsiyə də diqqət çəkib. Millət vəkili Prezident İlham Əliyevin müsahibədə ABŞ-dan ölkəmizə qarşı yönələn bütün iddiaları, o cümlədən sanksiyalarla bağlı mülahizələri alt-üst etdiyini bildirib:

“Azərbaycanın, ayrı-ayrı dövlətlərin, o cümlədən ABŞ-ın birtərəfli qaydada, subyekyin yanaşmalara və siyasi maraqlara əsasən tətbiq etdiyi və ya etməyə çalışdığı sanksiyalara münasibəti bəllidir. Birləşmiş Ştatların sanksiya siyasəti özünü doğrultmur və selektiv xarakter daşıyır. Ağ Evdən müstqəil siyasət yürüdən ölkələrin sanksiyalarla təhdid edilməsi, ABŞ-ın beynəlxalq hüquqa, BMT Nizamnaməsinə və dövlətlərin suveren hüquqlarına sayğısız münasibətinin göstəricisidir ki, bu da Birləşmiş Ştatların xarici siyasətinin iflasa uğramasının, bütövlükdə isə ABŞ-ın dünyada etibarsız, tərəfdaşlıq və müttəfiqlik münasibətlərində qeyri-sabit ölkə kimi səciyyələndirilməsinin əsas səbəblərindən biridir. Dünyanın heç bir ölkəsi, təbii ki, Ermənistan kimi marionet ölkələr istisna olmaqla, ABŞ-a “mütləq hakim” missiyasını verməyib. Vaşinqtonun davranışları ədalətsiz, subyektiv və özbaşınalıq olmaqla yanaşı, həm də beynəlxalq birliyə, beynəlxalq hüququn müstəqil subyekti olan dövlətlərin siyasi iradəsinə qarşıdır. Cənab Prezidentin qeyd etdiyi kimi, beynəlxalq ictimaiyyət məsələ ilə bağlı öz mövqeyini vahid qaydada bildirməlidir”.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
10-10-2024