Mobil versiya
Milli Məclisin sədri Sahibə Qafarova Tacikistan Respublikasına işgüzar səfərə gəlib -Fotolar
Tarix: 10-10-2024 | Saat: 14:42
Bölmə:Manşet / Siyasət / Parlament | çapa göndər

Milli Məclisin sədri Sahibə Qafarova Tacikistan Respublikasına  işgüzar səfərə gəlib

Milli Məclisin sədri Sahibə Qafarovanın başçılığı ilə parlament nümayəndə heyəti oktyabrın 10-da Tacikistan Respublikasına işgüzar səfərə gəlib.

Bu barədə aia.az-a Milli Məclisdən məlumat verilib

Düşənbə Beynəlxalq Hava Limanında Milli Məclisin sədrini Tacikistan Respublikası Ali Məclisi Nümayəndələr Palatasının sədr müavini Mavsuma Muini, Azərbaycanın Tacikistandakı səfiri Əlimirzamin Əskərov və digər rəsmi şəxslər qarşılayıblar.
Səfər çərçivəsində Sahibə Qafarovanın Düşənbədə keçirilən “Tacikistan Respublikası Konstitusiyasının 30-cu ildönümü” beynəlxalq parlament konfransında çıxışı və digər tədbirlərdə iştirakı nəzərdə tutulub.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
10-10-2024