Mobil versiya
Ermənistana qarşı 30 il ərzində bir dənə də sanksiya tətbiq edilməmişdir.
Tarix: 08-10-2024 | Saat: 11:27
Bölmə:Özəl | çapa göndər

Ermənistana qarşı 30 il ərzində bir dənə də sanksiya tətbiq edilməmişdir.

Vətən Müharibəsində qazandığımız tarixi Qələbə ilə Ermənistanın Azərbaycan torpaqlarını 30 il işğal altında saxlamasına son qoyuldu. Şanlı Zəfərdən bir həftə sonra Prezident, Qəhrəman Ali BaşKomandan və bütün sahələrdə ona arxa-dayaq olan Birinci vitse-prezident Mehriban xanım Əliyeva işğaldan azad edilmiş ərazilərə səfərlərə başladılar və o gündən də həmin ərazilərdə yenidənqurma, tikinti-abadlıq işlərinin əsası qoyuldu. Azad edilmiş torpaqlarda aparılan işlər öz miqyasına görə xüsusi xarakter daşıyır. Son dörd ildə Qarabağda və Şərqi Zəngəzurda həyata keçirilən tikinti-quruculuq, abadlıq işləri bir daha təsdiqədi ki, dünyanın heç bir ölkəsində işğaldan, müharibələrdən əziyyət çəkmiş dövlətlər Azərbaycanda olduğu kimi, sürətlə və keyfiyyətlə bərpa işlərini bu günə qədər aparmamışlar. Çünki bu işlər genişmiqyaslı və çox dəqiq planlar əsasında görülür. Hər bir şəhərin Baş planları təsdiq edilib və bir kəndin bütün lazımi infrastrukturu nəzərdə tutulur".Qarabağ və Şərqi Zəngəzurda aparalan sürətli tikinti-quruculuq işlərindən sonra keçmiş məcburi köçkün soydaşlarımız böyük sevinclə dogma yurdlarına qayıdırlar.  Tarixi Qələbə günlərinin əbədiləşdirilməsi ilə əlaqədar  Prezident İlham Əliyevin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə Azərbaycan Respublikasının işğaldan azad edilmiş əraziləri üzrə şəhər günləri təsis edilib. Sözügedən  sərəncama əsasən , 4 oktyabr Cəbrayıl şəhəri günü kimi müəyyən olub. Həmin gün Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva  Cəbrayıl sankləri ilə onların dogma yurdlarında görüşdü, isti ocaqlarına qayıdan cəbrayıllılara yeni mənzillərin açarları təqdim olundu. 
Dövlətimizin başçısının bir sıra beynəlxalq təşkilatların, o cümlədən Qərbin Ermənistanın işğalçılıq siyasətinə dəstək verdiyini də kəskin tənqid edib.
Sakinlərin diqqətinə çatdırılıb ki, işğalçı Ermənistana qarşı 30 il ərzində bir dənə də sanksiya tətbiq edilməmişdir. Ermənistan beynəlxalq hüququn bütün norma və prinsiplərini pozmuşdur, torpaqlarımızın təxminən 20 faizini işğal etmişdir, etnik təmizləmə siyasəti aparmışdır, Xocalı soyqırımını törətmişdir, bütün şəhər-kəndlərimizi viran qoymuşdur. Bu işğalı əbədi etmək üçün Fransa və onun kimi Qərb dövlətləri əllərindən gələni edirdilər. 
Azərbaycan Prezidenti ölkəmizə qarşı düşmənçilik siyasəti aparanlara Cəbrayıldan  bir daha  ciddi mesaj verdi: “Bizimlə heç kim zarafat etməsin və səbrimizlə də oynamasın. Əgər Cəbrayılı, şəhəri azad etmək üçün bizə bir həftə lazım idisə, Qarabağı 44 günə azad etmişiksə, separatçıların yuvası olan o bölgələri cəmi bir neçə saat ərzində azad etmişik”
Bu gün biz azad edilmiş torpaqlarda yaşayırıq. Bu gün bütün azad edilmiş torpaqlarda, o cümlədən Xankəndidə və Xocalıda Azərbaycan Bayrağı dalğalanır. Əzablı dövr artıq keçmişdə qaldı. Vətəndaşlarımız artıq Şuşada, Laçında, Füzulidə, Xankəndidə, Xocalıda, Cəbrayılda - bu şəhərlərdə və bir neçə kənddə yaşayırlar. “Böyük Qayıdış” Proqramı uğurla icra olunur.

Ağaverdi Əliverdiyev
YAP Qusar rayon təşkilatının əməkdaşı



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
08-10-2024