Mobil versiya
Cəbrayıllılar doğma yurdlarına qayıdırlar
Tarix: 04-10-2024 | Saat: 12:01
Bölmə:Gündəm | çapa göndər

Cəbrayıllılar doğma yurdlarına qayıdırlar

Cəbrayıl rayonu 1993-cü il avqustun 23-də Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal edilmişdir. Cəbrayıl şəhəri və rayonun kəndləri işğal müddətində ermənilər tərəfindən dağıdılıb yerlə yeksan edilmişdir.

Cəbrayıl şəhəri, tarixi baxımdan əhəmiyyətli bir bölgədə yerləşir. Şəhər, 1923-cü ildən rayon mərkəzi statusunu daşımışdır. Tarixən, Cəbrayıl həm strateji, həm də iqtisadi cəhətdən önəmli bir mərkəz olub. Cəbrayılın iqtisadiyyatı, tarixi və mədəni sərvətləri ilə yanaşı, kənd təsərrüfatına əsaslanırdı.

İşğal nəticəsində cəbrayıllı məcburi köçkünlər respublikamızın müxtəlif bölgələrində məskunlaşmışlar. Təkcə Abşeron rayonu kənd və qəsəbələrində, eləcədə keçmiş idarə və müəssisələrin köhnə binalarında, yataqxanalarda 2043 ailə-7775 nəfər cəbrayıllı məcburi köçkün müvəqqəti yaşayırdılar. Bu gün Cəbrayılın azad olunması, onun sakinlərinin həyatına yeni ümid gətirmişdir.

2016-cı il Aprel döyüşləri, nəticəsində Azərbaycan Ordusu Ermənistanın hücumunun qarşısını aldı. Bu sırada Lələtəpə kimi strateji yüksəklik də işğaldan azad olundu və bununla da Böyük qayıdışın təməli qoyuldu.

30 ilə yaxın müddət ərzində Azərbaycanın 20 faiz torpaqlarını işğal altında saxlayan Ermənistan sadəcə olaraq vaxt udmaq və havadarlarının köməyi ilə bizim işğalla barışmağımızı istəyirdi.

Nəhayət 27 sentyabr 2020-ci il Azərbaycan öz torpaqlarını azad etmək üçün Ali Baş Komandan İlham Əliyevin əmri ilə əks hücuma keçdi. 44 günlük Vətən Müharibəsi dövründə məhz oktyabrın 4-də Cəbrayıl şəhəri düşməndən azad edildi. Cəbrayılın işğaldan azad edilməsi böyük Zəfərin başlanğıcı oldu.

Cəbrayıl rayonu uğrunda ağır döyüşlər getdi, düşmən bu istiqamətlərdə də ciddi müdafiə sədləri qurmuşdu. Azərbaycan Ordusunun qətiyyəti ilə bu sədlər darmadağın edildi.

Zəfərdən sonra Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Sərən¬ca¬mı ilə “Cəbrayı¬lın işğaldan azad olunmasına görə” medalı və həmçinin Ölkə başçısının 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə Azərbaycan Respublikasının işğaldan azad edilmiş əraziləri üzrə şəhər günləri təsis edildi. 4 oktyabr isə Cəbrayıl şəhəri günü kimi müəyyən olundu.

Bu gün artıq Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin işğaldan azad edilmiş ra¬yon¬lara hər səfəri quruculuq işlərinin məsuliyyətinə hesablanır. Cəbrayılın azad olunması, regionun sosial-iqtisadi inkişafına və mədəni irsin qorunmasına yeni imkanlar açmışdır.

Prezident, Ali Baş Komandan İlham Əliyevin tapşırığına əsasən Böyük Qayıdışa dair I Dövlət Proqramı çərçivəsində Cəbrayıl rayonunda aparılan bərpa quruculuq işləri öz bəhrəsini verməkdədir. Məcburi köçkünlər öz ata-baba yurdlarına böyük sevinc, fərəh hissi ilə qayıdırlar. Bu gün I mərhələdə Cəbrayıl şəhərinə qayıdan məcburi köçkünlərdən 10 ailə-32 nəfər Abşeron rayonunda müxtəlif idarə və müəssisələrdə müvəqqəti məskunlaşmış sakinlərdir.

Erməni vandalizmindən qurtulan torpaqlarımıza artıq yeni nəfəs qayıdır. Ali Baş Komandan İlham Əliyev: “30 ilə yaxındır ki, erməni cəlladları torpağımızı işğal edib, bizim bütün tarixi, dini, mədəni abidələrimizi darmadağın edib dağıdıblar... Biz bütün şəhərləri bərpa edəcəyik. Bu bölgələrə həyat qayıdacaq...”

Eltac İsmayılov
Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin
Abşeron-Xızı Rayonları Bölməsinin məsləhətçisi



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
04-10-2024