Mobil versiya
Azadlığın təməl prinsipi
Tarix: 19-07-2024 | Saat: 11:50
Bölmə:Özəl | çapa göndər

Azadlığın təməl prinsipi

Azərbaycanın ictimai-siyasi həyatının bütün sahələrində olduğu kimi, mətbuatda da zamanın və dövrün tələblərinə uyğun təkmilləşmə uğurla həyata keçirilir.Yeni texnologiyaların inkişaf etdiyi müasir dövrdə bu təkmilləşmə öz aktuallığı ilə diqqətdədir.Hər il iyul ayının 22-si ölkəmizdə Milli Mətbuat Günü kimi qeyd olunur. Məhz bu günün mətbuat günü kimi qeyd olunması isə Həsən bəy Zərdabi tərəfindən 22 iyul 1875-ci ildə ölkəmizdə anadilli ilk mətbu orqanın əsasının qoyulması ilə bağlıdır. Həmin gün "Əkinçi" qəzetinin ilk sayı işıq üzü görüb. 1875-1877-ci illər ərzində fəaliyyət göstərən "Əkinçi"nin 56 sayı işıq üzü görüb və bu qəzetin nəşri təkcə Azərbaycanda deyil, bütün Qafqazda geniş əks-səda doğurub. Ömrü qısa olsa da, qəzet xalqımızın milli oyanışında, milli birliyinin möhkəmlənməsində böyük rol oynayıb, mütərəqqi ideyaları ilə Çar Rusiyasının hakim dairələrini narahat etdiyinə görə fəaliyyəti dayandırılıb.
Azərbaycan dövlət müstəqilliyini yenidən bərpa etdikdən sonra milli və bəşəri dəyərləri öndə saxlayan mətbuatın inkişafı istiqamətində addımlar ardıcıllığı və məqsədyönlülüyü ilə diqqət çəkdi. Bu siyasətin təməli məhz ulu öndər Heydər Əliyev tərəfindən qoyulub. Dahi şəxsiyyət Azərbaycanda söz və mətbuat azadlığının, plüralizmin əsasını qoymuş lider kimi böyük ehtiramla anılır.Müasir Azərbaycanın memarı və qurucusu olan Ulu Öndər Heydər Əliyev daim mətbuatın cəmiyyətə təsir gücünü yüksək qiymətləndirmiş, mətbuat və söz azadlığı, kütləvi informasiya vasitələrinin maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində ardıcıl tədbirlərin həyata keçirilməsinə böyük önəm vermişdir. Əsası Ulu Öndər tərəfindən qoyulan mətbuatın inkişafına dövlət qayğısı siyasəti bu gün möhtərəm Prezidentimiz cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilməkdədir. Bu qayğı və diqqətin nəticəsidir ki, bu gün Azərbaycan dünyada sözə, insan hüquqlarına hörmət edən ölkə kimi tanınır.Söz və mətbuat azadlığı hər bir ölkədə, ilk növbədə, insanların müstəqil düşüncə ifadə etmək arzusunu gerçəkləşdirir, cəmiyyətdə fikir müxtəlifliyinə, aşkarlığa, həqiqəti üzə çıxarmağa imkan verir. Bu azadlıqlar tam demokratik idarəetmənin qaydaya salınmasında, istənilən siyasi mübahisənin müzakirələr yolu ilə həllinə, hər bir fərdin özünüifadəsinə şərait yaradır.Mətbuatımızın müstəqillik dövrü fəaliyyəti xüsusilə zəngindir və ölkəmizin ictimai-siyasi, mədəni həyatında, milli həmrəyliyin möhkəmləndirilməsində, mənəvi dəyərlərin qorunması və təbliğində kütləvi informasiya vasitələri mühüm rol oynayır.2020-ci il sentyabrın 27-də təcavüzkar erməni ordusunun Azərbaycanı müxtəlif mövqelərdən atəşə tutması ilə başlayan II Qarabağ müharibəsi isə növbəti sınaq olub. Azərbaycan jurnalisti Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə davam edən 44 günlük müharibə dövründə həm ön, həm də arxa cəbhədə yorulmadan fəaliyyətini davam etdirib. Müharibə bölgələrindən canlı bağlantılar, tarixi qələbələrə və zəfərlərə dair ən son xəbərlər operativ şəkildə ölkə və dünya ictimaiyyətinə çatdırılıb. Sonrakı dövrdə də Azərbaycan həqiqətlərinin işıqlandırılmasında mətbuatın rolu və jurnalistlərin fəaliyyəti danılmazdır.
Ölkəmizin beynəlxalq aləmdə nüfuzunun artmasında, mədəni zənginliyimizin tanınıdılması və təbliğ edilməsində, Azərbaycan reallıqlarının, milli-mənəvi dəyərlərimizin, respublikamızın həyatında baş verən yeniliklərin operativ, obyektiv və peşəkar şəkildə yerli və beynəlxalq ictimaiyyətə çatdırılması böyük peşəkarlıq tələb edir və mətbuat işçilərimiz bu işin öhdəsindən layiqincə gəlirlər. Kommunikasiya texnologiyalarının sürətlə inkişaf etdiyi hazırkı dövrdə Azərbaycan mətbuatının modernləşmə və qabaqcıl texnologiyaların geniş şəkildə tətbiqi ilə beynəlxalq informasiya məkanında da öz layiqli yerini tutması qürurvericidir. Azərbaycan Konstitusiyasında söz və mətbuat azadlığının təməl prinsip olaraq əksini tapması ölkədə medianın azad və güclü bir cəmiyyət institutu kimi formalaşmasına təkan verib. Sözsüz ki, bütün bu proseslərin əsas iştirakçıları, əldə olunan nəticələrin əsas səbəbkarları Azərbaycan jurnalistləridir.

Anar Məmmədov,
YAP Gədəbəy rayon təşkilatının məsul əməkdaşı




Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
04-09-2024