Mobil versiya
Xidməti pasport almaq hüququ olan vəzifəli şəxslərin siyahısı genişləndirilib
Tarix: 30-04-2024 | Saat: 17:54
Bölmə:Gündəm | çapa göndər

Xidməti pasport almaq hüququ olan vəzifəli şəxslərin siyahısı genişləndirilib

Xidməti pasport almaq hüququ olan vəzifəli şəxslərin siyahısı genişləndirilib.

aia.az xəbər verir ki, bu, Prezident İlham Əliyevin imzaladığı fərmanla “Xidməti pasport almaq hüququ olan vəzifəli şəxslərin siyahısı”nda edilən dəyişiklikdə əksini tapıb.

Prezidentinin Təhlükəsizlik Xidmətinin rəhbərinin müavinləri, idarə (şöbə, xidmət, bölmə) rəisləri və onların müavinləri, mühafizə zabitləri və onlara bərabər tutulan vəzifəli şəxslərinə, Azərbaycan Respublikasının Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti, Azərbaycan Respublikasının Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyinin rəhbərlərinin köməkçiləri (müşavirləri), katibliyin, baş idarə, idarə (şöbə, xidmət, hərbi hissə, bölmə, sektor, qrup) rəhbərləri və onların müavinləri, həmin orqanların aparatlarında baş (böyük) və orta rəis heyəti vəzifələrində xidmət edən şəxslərə, habelə Azərbaycan Respublikasının Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin feldyeger rabitəsinin diplomatik pasport əldə etmək hüququna malik olmayan şəxsi heyətə aid əməkdaşlarına, Azərbaycan Respublikasının Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyinin mühafizə zabitləri və onlara bərabər tutulan vəzifəli şəxslərinə, Azərbaycan Respublikasının Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti, Azərbaycan Respublikasının Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyinin tabeliyində olan orqanların rəhbərləri və onların müavinləri, tabeliyində olan orqanların struktur vahidlərinin rəhbərləri və onların müavinlərinə xidməti pasport veriləcək.

aia/az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
17-05-2024