Mobil versiya
"1976-cı ilin xəritəsinə görə müəyyən problemlərimiz yaranıb" - Qriqoryan
Tarix: 17-05-2024 | Saat: 13:27
Bölmə:Siyasət / Karusel | çapa göndər

"1976-cı ilin xəritəsinə görə müəyyən problemlərimiz yaranıb" -

Sərhədin demarkasiyası zamanı müəyyən problemlərimiz yaranıb.

aia.az xəbər verir ki, bu barədə Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan ictimai televiziya şirkətinin efirində açıqlayıb.

"1976-cı ilin xəritəsinə görə Ermənistan ərazisində qalmayan 4 tikili var ki, həmin 4 tikililərdən ikisi yaşayış evi, biri vaqon, digəri isə qarajdır. Hökumət bütün bu problemləri həll edəcək, biz bütün problemləri həll edəcəyik. Biz tamamilə Ermənistan Respublikasının ərazisindən keçəcək yol çəkəcəyik. Biz əminik ki, bu proseslə daha çox təhlükəsizlik təminatları yaradırıq", - Qriqoryan deyib.

Qriqoryan iddia edib ki, 1976-cı ilin xəritəsinə görə indiyədək Ermənistana məxsus olan Ermənistana, Azərbaycana məxsus olan isə Azərbaycana keçib: "Bu, mümkün olan ən yaxşı həll yoludur".

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
26-07-2024