Mobil versiya
Ukraynada məhbuslar da səfərbər olunacaq
Tarix: 17-05-2024 | Saat: 17:03
Bölmə:Dünya | çapa göndər

Ukraynada məhbuslar da səfərbər olunacaq

Ukrayna Prezidenti Vladimir Zelenski müəyyən kateqoriyalı məhbusların Ukrayna Silahlı Qüvvələri sıralarına səfərbər edilməsinə icazə verən qanunu imzalayıb.

aia.az xəbər verir ki, bu barədə Ukrayna Ali Radası məlumat yayıb.

Bildirilir ki, ağır cinayətlərdə, xüsusilə qəsdən adam öldürmə, zorlama, cinsi zorakılıqda təqsirli bilinən şəxslər eyni zamanda milli təhlükəsizlik əsaslarına qarşı cinayətlərə görə cəza alanlar səfərbər oluna bilməzlər.

Ölkənin Ədliyyə Nazirliyi azı 4,5 min məhbusun həbsxanadan döyüş meydanına yollanmağa hazır olduğunu qeyd edib.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə