Mobil versiya
"Sülhməramlılarımızın Qarabağda nə işi var?" - Zatulin
Tarix: 15-04-2024 | Saat: 16:19
Bölmə:Karusel / Dünya | çapa göndər

"Sülhməramlılarımızın Qarabağda nə işi var?" -

"Erməni əhalisinin Qarabağdan köçürülməsindən sonra Rusiya sülhməramlılarının bölgədə olmasının səbəbləri azalıb".

aia.az xəbər verir ki, bu barədə Rusiya Dövlət Dumasının MDB işləri üzrə komitəsi sədrinin birinci müavini Konstantin Zatulin açıqlayıb.

Onun sözlərinə görə, Azərbaycan hələ də rus qoşunlarının çıxarılması məsələsini qaldırmayıb ki, Rusiya bunu məğlubiyyət və ya güzəşt kimi qəbul etməsin: "Bu gün Qarabağda sülhməramlıların olması Rusiya ilə Azərbaycan arasındakı münasibətlərlə bağlıdır. Əslində Qarabağda erməni əhalisi olmadığına görə sual yaranır: bizim sülhməramlılarımızın orada nə işi var? Hesab edirəm ki, Azərbaycan rəhbərliyi hələ də onların çıxarılması məsələsini gündəmə gətirməyib ki, bu, Rusiyada məğlubiyyət, güzəşt kimi qəbul olunmasın, hərbçilərimizin Rusiya Federasiyasından kənarda olmasına dəymiş ziyan kimi qəbul olunmasın. Amma reallıqda sülhməramlılarımızın Dağlıq Qarabağda olması üçün daha az səbəb var".

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
29-04-2024