Mobil versiya
"Mançester Yunayted"də bu mövsüm 57-ci zədə
Tarix: 15-04-2024 | Saat: 15:48
Bölmə:İdman | çapa göndər

"Mançester Yunayted"də bu mövsüm 57-ci zədə

“Mançester Yunayted”in braziliyalı vingeri Antoni zədələnib.

aia.az xəbər verir ki, 24 yaşlı futbolçu məşqdə sıradan çıxıb. O, zədə səbəbindən İngiltərə Premyer Liqasının 33-cü turunun “Bornmut”la oyununu (2:2) buraxıb. Antoninin yaşıl meydanlara nə vaxt qayıdacağı hələlik məlum deyil.

Bunu da qeyd etmək lazımdır ki, "qırmızı şeytanlar" cari mövsümdə tez-tez zədə ilə üzləşirlər. Bu zədə isə komandanın cari mövsümdə 57-ci zədəsidir.

Xatırladaq ki, Antoni 2022-ci ilin yayında “Ayaks”dan İngiltərə klubuna keçib, O, bütün turnirlərdə 77 oyuna çıxıb, 10 qol vurub və 5 qolun ötürməsini verib.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
29-04-2024