Mobil versiya
İrəvanda azərbaycanlının həbs edilməsi ilə bağlı Ermənistan DİN-dən AÇIQLAMA
Tarix: 09-04-2024 | Saat: 11:51
Bölmə:Dünya | çapa göndər

İrəvanda azərbaycanlının həbs edilməsi ilə bağlı Ermənistan DİN-dən

Sosial şəbəkələrdə İrəvanın mərkəzində azərbaycanlı diversantın həbs edilməsi ilə bağlı yayılan məlumat reallığa uyğun gəlmir.

aia.az xəbər verir ki, bu barədə Ermənistan Daxili İşlər Nazirliyinin mətbuat katibi Narek Sarkisyan açıqlayıb.

Qeyd olunub ki, sözügedən şəxs Rusiya vətəndaşı olub və narkotikə görə tutulub: "Onun üzərində heç bir narkotik maddə aşkar edilməyib, onun Ermənistanda turizm məqsədilə olduğu məlum olub. O, azadlığa buraxılıb".

Bundan əvvəl sosial şəbəkədə yayılan videoda guya İrəvanın mərkəzində həbs edilən şəxsin azərbaycanlı diversant olduğu iddia edilib.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
29-04-2024