Mobil versiya
"Azərbaycanlıların soyqırımı haqqında” Fərman
Tarix: 30-03-2024 | Saat: 10:29
Bölmə:Özəl | çapa göndər

"Azərbaycanlıların soyqırımı haqqında” Fərman

Hər il martın 31-də azərbaycanlıların soyqırımı gününü hüznlə qeyd edirik. 1. Xalqımıza qarşı törədilmiş soyqırımlarının dəhşətli mənzərəsi hələ də xatirələrdə yaşayır.1998-ci ildən etibarən 31 mart Azərbaycan Respublikasında dövlət səviyyəsində Azərbaycanlıların Soyqırımı Günü kimi qeyd edilir.Birinci Dünya müharibəsindən, 1917-ci il fevral və oktyabr inqilablarından sonra ermənilər bolşevizm bayrağı altında öz planlarının həyata keçirilməsinə nail olmağa başladılar. 1918-ci ilin mart-aprel aylarında Bakıda, Şamaxıda, Qubada, Muğanda, Lənkəranda ermənilər 50 mindən çox azərbaycanlını qətlə yetirmiş, evlərini qarət etmiş, on minlərlə insanı öz yurd-yuvasından didərgin salmışlar. 1918-ci ilin 30 mart və 3 aprel tarixləri arasında Bakı şəhərində və Bakı quberniyasının müxtəlif bölgələrində, eləcə də Şamaxı, Quba, Xaçmaz, Lənkəran, Hacıqabul, Salyan, Zəngəzur, Qarabağ, Naxçıvan və digər ərazilərdə Bakı Soveti və daşnak erməni silahlı dəstələri azərbaycanlıları kütləvi şəkildə vəhşicəsinə qətlə yetirmişlər.  1918-ci ilin mart soyqırımları öz amansızlığına və miqyasına görə təkcə Azərbaycan tarixində deyil, bəşər tarixində də ən qanlı faciələrdən biridir. Əllərinə düşən fürsətdən istifadə edən erməni cəlladları uşaq, qoca, qadın demədən dinc əhalini kütləvi surətdə qətlə yetirdilər. On minlərlə azərbaycanlı ilə yanaşı, minlərlə ləzgi, yəhudi, rus, avar və talış milliyyətinə mənsub insanları qılıncdan, süngüdən keçirdilər, diri-diri yandırdılar. Milli memarlıq incilərini, məktəbləri, xəstəxanaları, məscid və mədəni abidələri dağıtdılar 1988-ci ildən başlayaraq erməni ekspansiyası, ermənilərin Dağlıq Qarabağda apardıqları işğalçı müharibə və etnik təmizləmə azərbaycanlıların soyqırım qurbanlarının sayını xeyli dərəcədə artırmışdır. XX əsrin əvvəllərindən indiyə qədər  ermənilərin planlı və məqsədyönlü siyasəti nəticəsində Azərbaycanlı  müsəlmanlarına qarşı  soyqırımın tarixi ardıcıllığını  diqqətlə  təsvir  etdikdə məlum olur ki,  xalqımıza qarşı  törədilmiş soyqırımlar nəticəsində 2 milyondan çox  soydaşımız məhv  edilmiş və ölkəmiz maddi və mənəvi itkilərə məruz qalmışdır. Beləliklə, azərbaycanlı müsəlmanlarına qarşı genosidin tarixi mərhələlərini təhlil edərkən XX əsrdə Azərbaycan xalqının məruz qaldığı soyqırım siyasəti bizə yaşadığımız acı tarixdən ibrət alaraq hadisələrə tarixi, siyasi və hüquqi qiymət verilməsi üçün mübarizə aparmaq və gələcəyi bu gündən düşünməyə vadar etməkdədir. Azərbaycan xalqı faciə qurbanlarının xatirəsinə hər zaman xüsusi qayğı və sevgi ilə yanaşır. Xalqımız qəhrəman qızlarını və oğullarını heç zaman unutmayacaqdır!

Nəzrin Əmirova Elşən qızı
Azərbaycan Dövlət Pedaqoji Universiteti




Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
27-04-2024