Mobil versiya
AP: Baltimordakı körpünün bərpası üçün bir milyard dollara qədər vəsait lazım olacaq
Tarix: 29-03-2024 | Saat: 22:04
Bölmə:Özəl | çapa göndər

AP: Baltimordakı körpünün bərpası üçün bir milyard dollara qədər vəsait lazım olacaq


Amerikanın Baltimor şəhərində uçan Frensis Skott Key avtomobil yolu körpüsünün bərpası bir il yarımdan bir neçə ilə qədər çəkə bilər. Bu fikri AP-yə müsahibə verən ekspertlər bölüşüblər. Pul baxımından onlar körpünün qarşıdan gələn təmirini 400 milyon və bir milyard dollar arasında qiymətləndiriblər.Ekspertlərdən biri bildirib ki, son xərc bir neçə amildən, o cümlədən köhnə körpünün dayaqlarının bünövrələrinin istifadə edilib-edilməyəcəyindən asılı olacaq ki, bu da layihənin dəyərini xeyli aşağı salacaq.

Başqa bir mütəxəssisin qiymətləndirməsi daha az optimistdir. Onun sözlərinə görə, bərpa beş ildən yeddi ilədək davam edəcək və son müddət həm maliyyələşmədən, həm də struktur və avadanlıqların tədarükü sürətindən asılı olacaq, materialda deyilir.Sözügedən hadisə martın 26-da səhər saatlarında baş verib. ABŞ-ın Baltimor şəhərində konteyner gəmisinin toqquşması nəticəsində Frensis Skott Key körpüsü çöküb, daha sonra gəmi alovlanıb batıb. Hadisə yerinə sahil mühafizəsi və yanğınsöndürənlər də daxil olmaqla fövqəladə xidmətlər göndərilib.

aia.az
Tərcümə şöbəsi



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
27-04-2024