Mobil versiya
YAP Şirvan şəhər təşkilatı Novruz bayramı münasibətilə ilə tədbir keçirilib -Fotolar
Tarix: 18-03-2024 | Saat: 19:10
Bölmə:Cəmiyyət | çapa göndər

YAP Şirvan şəhər təşkilatı Novruz bayramı münasibətilə ilə tədbir keçirilib

18.03.2024-cü il tarixdə YAP Şirvan şəhər təşkilatının inzibati binasında Novruz bayramı münasibətilə YAP ərazi partiya təşkilatlarının iştirakı ilə tədbir keçirilib.

aia.az xəbər verir ki, tədbirdə YAP Şirvan şəhər təşkilatının sədri Zahir Qəhrəmanov, YAP ərazi partiya təşkilatlarının sədrləri və fəalları iştirak edib.

Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səslənməsi, Ulu Öndər Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda canından keçmiş şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad olunması ilə açıq elan olundu.

YAP Şirvan şəhər təşkilatının sədri Zahir Qəhrəmanov çıxış edərək tədbir iştirakçılarını Novruz bayramı münasibətilə təbrik etdi. Z.Qəhrəmanov bildirdi ki, tarixin süzgəcindən keçərək bu günümüzə qədər gəlib çatan Su çərşənbəsi bərəkətli torpaqlarımıza, bütün canlı varlıqların ən xırda quruluşlarına kimi büllur damlalı su çiləyərək onları qış yuxusundan oyatdı, Od çərşənbəsi onlara hərarət bəxş edərək isitdi, Yel çərşənbəsi bu hərarəti ən əlçatmaz guşələrə yaydı, Torpaq çərşənbəsi bərəkəti yetişdirməyə hazır olduğunu bildirdi. Bu yeniləşmənin ardıcıllığı bayrama çevrilərək Novruz adlandırıldı. Novruz bayramında təkcə təbiət deyil, bütün canlılar, o cümlədən insanlar da dəyişir, yeniləşir.
Ümummilli liderimiz Heydər Əliyevin xalqımız qarşısındakı misilsiz xidmətlərinin, milli mənəvi dəyərlərimizə verdiyi böyük qiymətin nəticəsidir ki, Novruz bayramı bu gün ölkəmizdə rəsmi səviyyədə geniş qeyd olunur. Xalqımız özünün sevimli bayramını cəmiyyətin bütün təbəqələri arasında möhkəm birlik nümayiş etdirməklə ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında həyatın bütün sahələrində qazandığı uğurlarla qarşılayır.

Çıxış edən İsmayıl Yusubov, Samirə Hüseynova, Fəridə Yahyayeva və Rafail Nəsirov bütün qonaqları Novruz bayramı münasibətilə təbrik edib, onlara ən xoş arzularını bildirərək, Novruz bayramının qədim ənənələrinin bütün rəngarəngliyi ilə qorunub saxlanılmasının Azərbaycan xalqının tarixi keçmişinə yüksək ehtiramını və milli-mənəvi dəyərlərə dərin bağlılığını nümayiş etdirdiyini bildiriblər.
Sonra YAP sıralarına yeni qəbul olunmuş şəxslərə partiyanın üzvlük vəsiqələri təqdim olunub.
Tədbir M.B.İsrailov adına 18 saylı humanitar təmayüllü məktəb-liseyin şagirdlərinin ədəbi-bədii kompozisiyası ilə davam edib.

Daha sonra İctimai-siyasi fəallığı ilə seçilən bir qrup partiya üzvü Fəxri Fərmanlarla təltif olunub.
Tədbirin sonunda doğum günü münasibətilə bir qrup ərazi partiya təşkilatlarının sədrlərinə hədiyyələr təqdim olunub.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
29-04-2024