YAP Nərimanov rayon təşkilatının Ərazi Partiya Təşkilatında partiyanın VIII Qurultayından irəli gələn məsələlərə həsr olunan görüş keçirilib. -Fotolar
Tarix: 20-10-2026 | Saat: 11:29
Bölmə:Siyasət | çapa göndər

YAP Nərimanov rayon təşkilatının “Ziya Bünyadov prospekti 1965” ünvanı üzrə Ərazi Partiya Təşkilatında Prezident, Yeni Azərbaycan Partiyasının sədri cənab İlham Əliyevin Partiyanın VIII Qurultayında səsləndirdiyi fikirlər və qarşıya qoyduğu vəzifələrlə bağlı partiya üzvləri ilə görüş keçirilib.
Tədbirdə əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, Ümummilli Lider Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Görüşdə açılış nitqi ilə çıxış edən Sosial Xidmətlər Agentliyinin İdarə heyətinin sədri Vüqar Behbudov VIII Qurultayın partiyanın gələcək fəaliyyətinin istiqamətlərinin müəyyənləşdirilməsi və qarşıda duran vəzifələrin daha aydın şəkildə müəyyən olunması baxımından əhəmiyyətini vurğulayıb. O, partiya üzvlərinin qarşıya qoyulan məqsədlərin reallaşdırılmasında fəal iştirakının vacibliyini diqqətə çatdırıb.
YAP Nərimanov rayon təşkilatının sədri Elçin Quliyev çıxışında Prezident İlham Əliyevin partiyanın VIII Qurultayındakı nitqinin siyasi və ideoloji əhəmiyyətindən bəhs edib. Bildirib ki, ölkəmizin əldə etdiyi nailiyyətlərin qorunması, dövlətçilik prinsiplərinin möhkəmləndirilməsi və milli maraqların müdafiəsi partiyanın hər bir üzvündən məsuliyyətli yanaşma tələb edir. O, həmçinin VIII Qurultayda müəyyənləşdirilən hədəflərin həyata keçirilməsində Ərazi Partiya Təşkilatlarının üzərinə düşən vəzifələri qeyd edib.
“Ziya Bünyadov prospekti 1965” ünvanı üzrə ƏPT sədri Pərviz Səfərov və digər natiqlər çıxışlarında partiya üzvlərinin ictimai-siyasi proseslərdə fəallığının artırılması, əhali ilə əlaqələrin daha da gücləndirilməsi, gənclərin milli-mənəvi dəyərlər və vətənpərvərlik ruhunda yetişdirilməsi məsələlərinə toxunublar. Çıxış edənlər Qurultayda səsləndirilən çağırışların hər bir partiya üzvü tərəfindən gündəlik fəaliyyətdə əsas götürülməsinin vacibliyini vurğulayıblar.
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
20-10-2026