Mobil versiya
Metro gücləndirilmiş qrafikə keçdi
Tarix: 20-10-2026 | Saat: 11:40
Bölmə:İdman | çapa göndər

Metro gücləndirilmiş qrafikə keçdi

UEFA Çempionlar Liqasında təmsilçimiz “Sabah” FK-nın növbəti oyunu ilə əlaqədar oktyabrın 20-də Bakı metropolitenində xüsusi iş rejimi tətbiq ediləcək.

aia.az xəbər verir ki, azarkeşlərin Bakı Olimpiya Stadionuna rahat gediş-gəlişini təmin etmək məqsədilə metronun “Qırmızı xətti” gücləndirilmiş qrafiklə fəaliyyət göstərəcək.

Bu məqsədlə “Koroğlu” stansiyasına əlavə işçi qüvvəsi cəlb olunacaq, növbətçilik cədvəli hazırlanacaq və sərnişin axınına nəzarət gücləndiriləcək.

Qarşılaşma başa çatdıqdan sonra azarkeşlərin rahat şəkildə mənzilbaşına çatmasını təmin etmək üçün zərurət yaranarsa, ehtiyat qatarlar da xəttə buraxılacaq.

Qeyd edək ki, “Yaşıl” və “Bənövşəyi” xətlər üzrə qatarların hərəkət qrafikində dəyişiklik nəzərdə tutulmayıb.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
20-10-2026