Sammitin yekununda nə baş verəcək?
Tarix: 09-10-2026 | Saat: 10:24
Bölmə:Siyasət | çapa göndər

Türkmənistanın “Avaza” milli turizm zonasında MDB Dövlət Başçıları Şurasının növbəti iclası keçirilir.
İclasda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev də iştirak edir.
aia.az xəbər verir ki, iclasın gündəliyində bir sıra əsas məsələlər, o cümlədən 2027-ci ildə MDB-də sədrlik haqqında, MDB Dövlət Başçıları Şurasını növbəti iclasının Özbəkistanda keçirilməsi, MDB-nin yaranmasının 35 illiyi ilə əlaqədar dövlət başçılarının bəyanatı, MDB-də 2028-ci ilin “Sosial inkişaf və həyat keyfiyyəti ili” elan edilməsi, MDB-də 2029-cu ilin “Nəqliyyat bağlılığı ili” elan edilməsi, Azərbaycan Respublikasının MDB-də 2027-ci ildə həmsədrliyi və 2028-ci ildə sədrliyi daxildir.
Sədrlik və həmsədrlik MDB-də rotasiya və davamlılıq prinsiplərinə əsaslanan əsas idarəetmə mexanizmidir.
Sədrlik növbə ilə hər bir iştirakçı dövlətə ötürülür. Əlifba sırası ilə (ölkənin rus dilində adı ilə) həyata keçirilir və bir təqvim ili (1 yanvar - 31 dekabr) davam edir.
Sədrlik edən ölkə MDB-nin bütün cari fəaliyyətlərini əlaqələndirir, gündəliyi müəyyən edir və öz ərazisində əsas Zirvə görüşlərinə (Dövlət Başçıları Şurası, Hökumət Başçıları Şurası və s.) ev sahibliyi edir.
Həmsədrlik eyni vaxtda iki ölkə tərəfindən həyata keçirilir. Keçən il MDB-yə sədrlik edən və növbəti il sədrliyi öz üzərinə götürəcək ölkələr avtomatik olaraq həmsədr olurlar. Bu mexanizm davamlılığı təmin etmək məqsədilə işlərin rahat təhvil verilməsini təmin edir və çoxtərəfli tədbirlərin hazırlanması zamanı iş yükünün bölüşdürülməsinə kömək edir.
2026-cı ildə sədr Türkmənistan, həmsədrlər isə Tacikistan (2025-ci ildə sədr olmuşdur) və Özbəkistandır (2027-ci ildə sədr olacaq).
MDB Dövlət Başçıları Şurasının iclasının yekununda dövlət başçıları tərəfindən sənədlər imzalanacaq.
aia.az
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər