Mobil versiya
"Koroğlu"da hərəkətin təşkilində dəyişiklik edildi - Yeni qayda
Tarix: 11-09-2026 | Saat: 11:57
Bölmə:Ölkə | çapa göndər

"Koroğlu"da hərəkətin təşkilində dəyişiklik edildi -

Metro xətlərinin ayrılması layihəsi ilə əlaqədar təşkil edilən M4 və M6 nömrəli ekspres avtobusların "Koroğlu" Nəqliyyat Mübadilə Mərkəzinə rahat və maneəsiz daxil olmasını təmin etmək məqsədilə metronun şimal çıxışında - "Atletlər kəndi" istiqamətində dəyişiklik edilib.

Bu barədə aia.az-a Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) məlumat verilib.

Bildirilib ki, indiyədək ərazidə mövcud olan "cib" tipli dayanacaqlardan biri müntəzəm avtobusların, digər ikisi isə minik avtomobillərinin sərnişinləri mindirib-düşürməsi üçün istifadə olunurdu:

"Hazırda ekspres avtobusların "Koroğlu" metrostansiyasının qarşısında rahat hərəkətinin təmin edilməsi məqsədilə 2-ci "cib" yalnız ekspres marşrutları üçün ayrılıb və həmin hissədə avtobus zolağı təşkil edilib. Ərazidə müvafiq yol nişanları quraşdırılıb, nişanlanma xətləri çəkilib.

Həyata keçirilən dəyişiklik nəticəsində vahid ərazidən istifadə edən ekspres və müntəzəm avtobusların nizamlı fəaliyyəti və sərnişin axınlarının ayrılması təmin edilib.

Sərnişinlərin metro stansiyasına təhlükəsiz keçidinin təmin edilməsi məqsədilə piyada keçidi təşkil edilib".

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə