Avropada 210 milyard avroluq Rusiya aktivləri uğrunda yeni gediş: Pul Ukraynaya verilə bilər
Tarix: 11-09-2026 | Saat: 22:39
Bölmə:Özəl | çapa göndər

Avropa İttifaqında Rusiyanın dondurulmuş yüz milyardlarla avroluq aktivlərinin Ukraynanın dəstəklənməsi üçün istifadə edilməsi məsələsi yenidən gündəmin əsas mövzularından birinə çevrilir. Avropa Parlamentinin müxtəlif siyasi qruplarını təmsil edən 122 deputat Aİ rəhbərliyini bu istiqamətdə danışıqları bərpa etməyə çağırıb.
Söhbət Aİ ərazisində dondurulmuş təxminən 210 milyard avroluq Rusiya Mərkəzi Bankı aktivlərindən gedir. Bu vəsaitlərin böyük hissəsi Belçikada yerləşən “Euroclear” depozitarında saxlanılır. İndiyədək əsas maneələrdən biri məhz mümkün hüquqi və maliyyə risklərinin böyük hissəsinin Belçikanın üzərinə düşməsi olub.
Avroparlamentarilər buna görə Avropa Komissiyasından riskləri üzv dövlətlər arasında bölüşdürə biləcək yeni mexanizm hazırlamağı istəyirlər. Müzakirə edilən variantlardan biri dondurulmuş Rusiya aktivlərinin “Euroclear”dan çıxarılaraq Aİ səviyyəsində yaradılacaq ayrıca struktura köçürülməsidir. Bununla Moskvanın mümkün məhkəmə iddiaları və digər cavab tədbirləri qarşısında məsuliyyətin yalnız Belçikanın üzərində qalmasının qarşısı alına bilər.
Məsələ ətrafında Aİ daxilində fikir ayrılığı davam etsə də, Rusiyanın aktivlərindən daha geniş şəkildə istifadə edilməsini istəyən ölkələrin sayı artır. Niderland, Polşa, İspaniya və İsveç də məsələnin yenidən müzakirəyə çıxarılmasını dəstəkləyir.
Avstriyalı avroparlamentari Helmut Brandştetter isə daha sərt mövqe nümayiş etdirərək 210 milyard avronun Ukraynanın istifadəsinə verilməsinə çağırıb. Bununla belə, belə bir addımın həyata keçirilməsi üçün ciddi hüquqi maneələrin aradan qaldırılması tələb olunur.
Hazırda 210 milyard avronun Ukraynaya verilməsi barədə yekun qərar yoxdur. Aİ indiyədək əsas vəsaitin özünü müsadirə etmək əvəzinə, dondurulmuş Rusiya aktivlərindən əldə olunan gəlirləri Ukraynaya yardım üçün istifadə edib. Yeni təşəbbüs isə müzakirəni daha böyük mərhələyə – əsas məbləğin taleyinə daşıyır.
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər