SOCAR-ın təşəbbüsü ilə Bakı İqlim Fəaliyyəti Həftəsi çərçivəsində gənc media nümayəndələrinin iştirakı ilə dəyirmi masa təşkil olunub -Fotolar
Tarix: 11-09-2026 | Saat: 19:25
Bölmə:Gündəm | çapa göndər

11 sentyabr 2026-cı il tarixində SOCAR-ın təşəbbüsü ilə Bakı İqlim Fəaliyyəti Həftəsi çərçivəsində gənc media nümayəndələrinin iştirakı ilə dəyirmi masa təşkil olunub.
aia.az xəbər verir ki, tədbirdə çıxış edən SOCAR-ın Kommunikasiya məsələləri üzrə icraçı direktoru Aygün Hüseynova qlobal iqlim gündəliyinin formalaşmasında fəal iştirak edən Azərbaycanın beynəlxalq əməkdaşlığı dəstəkləyən təşəbbüslərlə çıxış etdiyini, Bakı İqlim Fəaliyyəti Həftəsinin də bu baxımdan mühüm əhəmiyyət kəsb edən platforma olduğunu bildirib.
SOCAR-ın Enerji Dialoqu Platforması təşəbbüsünün maraqlı tərəflər arasında açıq və davamlı dialoq mühitinin formalaşdırılması məqsədi daşıdığını bildirən Aygün Hüseynova bu çərçivədə cari ildə media nümayəndələri üçün keçirilən silsilə məlumatlandırma sessiyaları barədə məlumat verib.
Milli Məclisin deputatı, COP29-un iqlim dəyişmələri üzrə yüksəksəviyyəli çempionu, Bakı İqlim Fəaliyyəti Həftəsinin layihə rəhbəri Nigar Arpadarai çıxışında Azərbaycanın ev sahibliyi ilə keçirilən COP29-un qlobal iqlim gündəliyində mühüm nailiyyətlərə imza atdığını qeyd edərək Bakı İqlim Fəaliyyəti Həftəsinin də məhz bu konfransın irsini yaşadan davamlı platforma kimi təsis olunduğunu vurğulayıb.
Nigar Arpadarai media nümayəndələrinin həm COP29 çərçivəsində qəbul olunan öhdəliklərin, həm də Bakı İqlim Fəaliyyəti Həftəsi prosesinin ictimaiyyətə çatdırılmasında əvəzsiz rol oynadıqlarını deyib.
Gənclərin Bakı İqlim Fəaliyyəti Həftəsinə olan marağının ildən-ilə artdığını söyləyən COP29-un Gənc İqlim Çempionu Leyla Həsənova tədbirin gənclərin iqlim gündəliyində daha fəal iştirakına, innovativ ideyalarının təşviqinə və onların gələcək inkişafına xidmət edən mühüm platformaya çevrildiyini bildirib.
Daha sonra dəyirmi masa müzakirələrlə davam etdirilib, media nümayəndələrini maraqlandıran suallar cavablandırılıb.
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər