Mobil versiya
Arvadını doğrayaraq itlərə yedizdirdi
Tarix: 09-09-2026 | Saat: 07:51
Bölmə:Dünya | çapa göndər

Arvadını doğrayaraq itlərə yedizdirdi

Hindistanda 25 yaşlı Riya Talukdar Qosvaminin qatili müəyyən edilib.

aia.az xarici KİV-ə istinadən xəbər verir ki, cinayətkar onun əri Ramanujan Qosvami olub.

Qadının qalıqları qonşuların mənzildən gələn cəsəd qoxusundan şikayət etməsindən sonra aşkar edilib. Polis qapını sındıraraq içəridə qan izləri, səpələnmiş əşyalar, spirtli içki şüşələri və soyuq silah tapıb. Həmçinin Riyanın başı və kəsilmiş barmaqları olan soyuducu da aşkar edilib.

Məlum olub ki, Riya əri tərəfindən parçalanıb. O, arvadını xəyanətdə şübhəli bilib, onu öldürüb və bədən hissələrini itlərə yedizdirib. Deyilənə görə, Ramanujan həmin vaxt narkotik vasitənin təsiri altında olub. Qısa müddət sonra kişinin özü polis bölməsinə gedib və günahını etiraf edib.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
08-09-2026