Mobil versiya
“Real” “İnter”i, “Mançester Siti” “Portu”nu məğlub etdi
Tarix: 09-09-2026 | Saat: 07:45
Bölmə:İdman | çapa göndər

“Real” “İnter”i, “Mançester Siti” “Portu”nu məğlub etdi

UEFA Çempionlar Liqasında 2026/27 mövsümünün Liqa mərhələsinə start verilib.

aia.az xəbər verir ki, 1-ci turun ilk oyun günündə keçirilən 6 qarşılaşmada sürpriz və gərgin nəticələr qeydə alınıb.

Gecənin mərkəzi matçında İspaniya nəhəngi “Real Madrid” “Santyaqo Bernabeu”da İtaliyanın “İnter” klubunu qəbul edib. Gərgin keçən qarşılaşma ev sahiblərinin 2:1 hesablı qələbəsi ilə başa çatıb.

Turnirdə ölkəmizi təmsil edən “Sabah”ın Bakıda qəbul edəcəyi “Borussiya” (Dortmund) doğma azarkeşləri önündə Masazır təmsilçisinin digər rəqibi “Vilyarreal”ı 3:2 hesabı ilə məğlub edib.

ÇL-də günün digər matçlarında isə aşağıdakı nəticələr qeydə alınıb:

AEK (Yunanıstan) – LASK (Avstriya) — 1:0

“Brügge” (Belçika) – “Aston Villa” (İngiltərə) — 2:3

“Portu” (Portuqaliya) – “Mançester Siti” (İngiltərə) — 0:2

“Lill” (Fransa) – “Real Betis” (İspaniya) — 2:3

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
08-09-2026