Mobil versiya
Hörmüzdə dörd aylıq gizli əməliyyat keçiriblərmiş
Tarix: 06-09-2026 | Saat: 12:19
Bölmə:Dünya | çapa göndər

Hörmüzdə dörd aylıq gizli əməliyyat keçiriblərmiş


ABŞ Hörmüz boğazından minaları təmizləmək üçün dörd aylıq gizli əməliyyat keçirib.

“aia.az” xəbər verir ki, bu haqda Financial Times (FT) öz mənbələrinə istinadən məlumat yayıb.

Bu su yolu boyunca gəmilərin keçidini təmin etmək üçün ABŞ Hərbi Dəniz Qüvvələri xüsusi əməliyyat dalğıcları, robot qayıqları və ixtisaslaşmış sualtı nəqliyyat vasitələri yerləşdirib.

Qaranlıqda partlayıcı maddələrin zərərsizləşdirilməsi üzrə mütəxəssislərdən ibarət kiçik qruplar minaları tapmaq, onlara partlayıcı maddələr bağlamaq və zərərsizləşdirmək üçün şişmə qayıqlardan istifadə ediblər. Əməliyyat heç bir şəxsi heyət itkisi olmadan həyata keçirilib.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə